SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib

© AP Photo / Alastair GrantФлаг Великобритании, фото из архива
Флаг Великобритании, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb.
BAKI, 31 avqust — Sputnik. Böyük Britaniyanın yeni səfiri Fergus Ould Azərbaycana gəlib.
Səfir bu barədə "Twitter" hesabında paylaşım edib.
"Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm", - F.Ould paylaşımında qeyd edib.
Xatırladaq ki, avqustun 27-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizdəki fəaliyyətinin başa çatması ilə bağlı "Twitter" hesabında paylaşım edib.
Səfir paylaşımında bunları qeyd edib:
"Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq Azərbaycanda son günümdür. Mənim buradakı həyatımı inanılmaz və yadda qalan etdiyiniz üçün hamınıza təşəkkür edirəm".
Xəbər lenti
0