CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sənaye balıq ovuna başlanılır

© Sputnik / Murad Orujov"8-ci km" bazarında balıq satışı
8-ci km bazarında balıq satışı - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı "ASAN xidmət" mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək icazə sənədini əldə etməlidirlər.
BAKI, 31 avqust — Sputnik. Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sabah, sentyabrın 1-də bitir.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb.
Hər iki qurum sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı "ASAN xidmət" mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Xatırladaq ki, balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:
- balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;
- balıq və digər su bioresurslarının akvakultura üçün ovu;
- balıq və digər su bioresurslarının elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu;
- balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu.
İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir.
Xəbər lenti
0