SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan prezidenti Brüsseldən Romaya işgüzar səfərə gedib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib
 - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
İlham Əliyevin Roma səfəri İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutub.
BAKI, 31 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfərə gedib.
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, İlham Əliyevin Roma səfəri İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə baş tutub.
Bundan əvvəl isə İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvətilə Belçikada olub. O, Brüsseldə Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Üçtərəfli görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə edilib.
 İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 31.08.2022
SİYASƏT
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub
Xəbər lenti
0