CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-ın saytında yeniliklər nədən ibarətdir?

© AFP 2023 / GREG BAKERБлогерша за ноутбуком, фото из архива
Блогерша за ноутбуком, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
"Azərbaycan Hava Yolları" QSC-nin rəsmi saytında aviabiletlərin əldə edilməsinin bütün prosedurları tam optimallaşdırılıb.
BAKI, 31 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) www.azal.az ünvanında yerləşən internet səhifəsinin yenilənmiş versiyasını istifadəyə verib.
Bu barədə AZAL məlumat verib.
Yeni saytın naviqasiyası istifadə sadəliyi, funksionallığı ilə fərqlənir, bütün sayt ziyarətçilərinə və sərnişinlərə lazım olan məlumatların axtarışına sərf edilən vaxtın azaldılmasına imkan verir. Sayt həmçinin daha rahat interfeys və müasir dizayn ilə tərtib edilib.
Aviabiletlərin əldə edilməsinin bütün prosedurları tam optimallaşdırılıb. Yeni sayt maksimal dərəcədə sürətli və səmərəli alətə çevrilib, onun sayəsində sərnişinlər təxsisetməni idarə edə və onlayn qeydiyyatdan (reysin uçuşundan 24 saat əvvəl açılır) keçə bilərlər.
Burada həmçinin daşıma qaydaları, COVID-19 pandemiyası dövründə aviaşirkətin reyslər yerinə yetirdiyi ölkələrə giriş qaydaları haqqında aktual məlumatlar yerləşdirilib.
Saytda aviaşirkətə tez-tez verilən suallara cavablar ilə məlumat bölməsi də təqdim edilib.
Xəbər lenti
0