Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada yanğının söndürülməsinə iki helikopter cəlb olunub

© AFP 2024 / Angelos TzortzinisMeşə yanğınını söndürən helikopter, arxiv şəkli
Meşə yanğınını söndürən helikopter, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Qeyd edək ki, bu gün Zaqatalanın Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
BAKI, 30 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edirlər.
Qeyd edək ki, bu gün Zaqatalanın Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Xatırladaq ki, avqustun 25-də Masallı rayonunun Qəriblər kəndi yaxınlığında da mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş vermişdi.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri bölgəyə göndərilmişdi.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.
Avqustun 28-də Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.
Xəbər lenti
0