https://sputnik.az/20220830/turkiyede-teknofest-baslayir-445504288.html
Türkiyədə "TEKNOFEST" başlayır
Türkiyədə "TEKNOFEST" başlayır
Sputnik Azərbaycan
İlk dəfə 2018-ci ildə keçirilmiş və Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə imza... 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T11:59+0400
2022-08-30T11:59+0400
2022-08-30T11:59+0400
dünya xəbərləri
türkiyə
texnologiya
festival
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442326898_0:0:1000:563_1920x0_80_0_0_4e80f362f393b8512f87798fefdad5f4.jpg
BAKI, 30 avqust — Sputnik. Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "TEKNOFEST" işinə başlayır.Festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər Günü"nə həsr olunub. APA-nın xəbərinə görə, sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.Builki "TEKNOFEST"də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, elm adamları, nazirlər, "TEKNOFEST" İdarə Heyətinin sədri Selçuk Bayraktar, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqların iştirakı gözlənilir.Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitində iştirak pulsuzdur və hər kəs üçün açıqdır.Qeyd edək ki, cari ilin mayın 26-dan mayın 29-a qədər "TEKNOFEST" festivalı Azərbaycanda keçirilib.Xatırladaq ki, festival ilk dəfə 2018-ci ildə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1c/442326898_239:0:797:418_1920x0_80_0_0_712ba0d236339bcb35af5cdf55d56cfd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, texnologiya, festival
türkiyə, texnologiya, festival
Türkiyədə "TEKNOFEST" başlayır
İlk dəfə 2018-ci ildə keçirilmiş və Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə imza atmaqdır.
BAKI, 30 avqust — Sputnik. Türkiyənin Samsun şəhərində Aviasiya, Kosmik və Texnologiya festivalı - "TEKNOFEST" işinə başlayır.
Festivalın açılışı Türkiyədə hər il avqustun 30-da qeyd olunan "Zəfər Günü"nə həsr olunub. APA-nın xəbərinə görə, sentyabrın 4-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla 100-dən çox ölkəni 150 mindən artıq komanda təmsil edəcək.
Builki "TEKNOFEST"də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, elm adamları, nazirlər, "TEKNOFEST" İdarə Heyətinin sədri Selçuk Bayraktar, T3 Vəqfinin İdarə Heyətinin sədri Haluk Bayraktar və çox sayda qonaqların iştirakı gözlənilir.
Festival çərçivəsində təşkil olunan sərgilərdə, tədbirlərdə, həmçinin "Take Off" Beynəlxalq Startap Sammitində iştirak pulsuzdur və hər kəs üçün açıqdır.
Qeyd edək ki, cari ilin mayın 26-dan mayın 29-a qədər "TEKNOFEST" festivalı Azərbaycanda keçirilib.
Xatırladaq ki, festival ilk dəfə 2018-ci ildə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.