https://sputnik.az/20220830/rf-xn-azerbaycan-ermenistan-serhedinin-delimitasiyasi-ile-bagli-gorus-barede-445522725.html
RF XİN Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı görüş barədə
RF XİN Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı görüş barədə
Sputnik Azərbaycan
"Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub. 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T19:04+0400
2022-08-30T19:04+0400
2022-08-30T19:04+0400
azərbaycan xəbərləri
sərhəd
delimitasiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_0:0:3072:1728_1920x0_80_0_0_a9736b3f82d37fe59187bef06ef31827.jpg
BAKI, 30 avqust - Sputnik. Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın iclası keçirilib.Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.“Görüşdən əvvəl Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradılıb. Azərbaycan, eləcə də bu il mayın 24-də iki ölkənin sərhədində.Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşünün keçirilib.Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bildirib.Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442370147_341:0:3072:2048_1920x0_80_0_0_7812a0c2fb4670b8bbfbf993b9344ee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərhəd, delimitasiya
RF XİN Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı görüş barədə
"Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.
BAKI, 30 avqust - Sputnik. Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın iclası keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
“Görüşdən əvvəl Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiya yaradılıb. Azərbaycan, eləcə də bu il mayın 24-də iki ölkənin sərhədində.Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin ilk görüşünün keçirilib.
Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bildirib.
Yeni görüşün tarixləri diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacaq”, deyə Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub.