Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Prezident özbək müğənniyə "Xalq artisti" fəxri adını verdi

© Foto: The Mag / Rinat KarimovÖzbəkistanın xalq artisti Nəsibə Abdullayeva
Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Ötən əsrin 80-ci illərindən səhnə həyatına başlayan, Azərbaycan mahnılarının mahir ifaçısı Nəsibə xanım ölkəmizdə "Səndən nigaranam", "Bağışlaram səni", "Sən gəlməz oldun", "Leylam" kimi mahnıları ilə tanınıb.
BAKI, 30 avqust — Sputnik. Nəsibə Abdullayevaya "Xalq artisti" fəxri adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Nəsibə Məlikovna Abdullayevaya "Xalq artisti" fəxri adı verilsin.
Nəsibə Abdullayeva kimdir?
Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olub. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır.
Ötən əsrin 80-ci illərindən səhnə həyatına başlayan, Azərbaycan mahnılarının mahir ifaçısı Nəsibə xanım "Yulduzingni ber osmon (Верни звезду мою)", "Munis onam", "Suiqasd", "Madaqaskar 2: Afrikaya qaçış", "Nasiba" kimi filmlərdə də rol alıb.
Xəbər lenti
0