https://sputnik.az/20220830/prezident-lham-eliyev-sarl-miselle-telefonla-danisib-445518141.html
Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb
Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb
Sputnik Azərbaycan
Telefon danışığında Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T17:17+0400
2022-08-30T17:17+0400
2022-08-30T17:16+0400
prezident ilham əliyev
siyasət
şarl mişel
telefon danışığı
brüssel
müzakirə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440882205_0:0:3071:1728_1920x0_80_0_0_0bd07259286ac64e021daa4d3efa6436.jpg
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.Xatırladaq ki, iyulun sonunda Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan demişdi ki, İrəvan və Bakı Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev arasında görüş keçirmək üçün danışıqlar aparır.Öz növbəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəklərini açıqlayıb, lakin görüşün tarixini qeyd etməyib.Qeyd edək ki, sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/07/440882205_73:0:2804:2048_1920x0_80_0_0_38bb1c500607d3cecfa620eed1bf1425.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şarl mişel, telefon danışığı, brüssel, müzakirə
prezident ilham əliyev, şarl mişel, telefon danışığı, brüssel, müzakirə
Prezident İlham Əliyev Şarl Mişellə telefonla danışıb
Telefon danışığında Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub
BAKI, 30 avqust — Sputnik. Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.
Xatırladaq ki, iyulun sonunda Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Eduard Ağacanyan demişdi ki, İrəvan və Bakı Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev arasında görüş keçirmək üçün danışıqlar aparır.
Öz növbəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə gün əvvəl Paşinyanla Əliyevin Brüsseldə yeni görüş keçirəcəklərini açıqlayıb, lakin görüşün tarixini qeyd etməyib.
Qeyd edək ki, sonuncu dəfə mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.