https://sputnik.az/20220830/mina-tehlukesi-ile-bagli-vetendaslara-cagiris-edilib-445510822.html
Mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edilib
Mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edilib
Sputnik Azərbaycan
ANAMA bədbəxt hadisələrlə üzləşməmək üçün vətəndaşları daha diqqətli olmağa çağırıb. 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T14:03+0400
2022-08-30T14:03+0400
2022-08-30T14:03+0400
cəmiyyət
mina
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442077385_0:84:889:584_1920x0_80_0_0_80e1d19cdf34f327f683fe904851c599.jpg
BAKI, 30 avqust — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. ANAMA-nın Mətbuat Xidmətindən "Report"a daxil olan çağırışda deyilir:"Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq".Qeyd edək ki, bu gün işğaldan azad edilən Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayışı baş verib. Partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Zərərçəkmişə yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.Əməliyyata cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/13/442077385_0:0:889:667_1920x0_80_0_0_3d7f23a3236395bdb3945e1976ab24f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, xəbərdarlıq
Mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edilib
ANAMA bədbəxt hadisələrlə üzləşməmək üçün vətəndaşları daha diqqətli olmağa çağırıb.
BAKI, 30 avqust — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. ANAMA-nın Mətbuat Xidmətindən "Report"a daxil olan çağırışda deyilir:
"Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq".
Qeyd edək ki, bu gün işğaldan azad edilən Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlayışı baş verib. Partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb.
Zərərçəkmişə yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.
Əməliyyata cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.