https://sputnik.az/20220830/brussel-gorusu-sulh-prosesini-suretlendirecekmi-445520440.html
Brüssel görüşü sülh prosesini sürətləndirəcəkmi?
Brüssel görüşü sülh prosesini sürətləndirəcəkmi?
Sputnik Azərbaycan
Politoloq hesab edir ki, həm Rusiyadan, həm də Avropa İttifaqından Ermənistana təzyiqlər azalan kimi bu ölkə manipulyasiyalarla məşğul olur. 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T21:04+0400
2022-08-30T21:04+0400
2022-08-30T21:19+0400
brüssel
siyasət
görüş
sülh
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442156738_0:160:3073:1889_1920x0_80_0_0_6659b2284c7545c510782e1a82dbe3fa.jpg
BAKI, 30 avqust — Sputnik. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamışdı ki, avqustun sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan Prezidentinin köməkçisi bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid etdiyini bildirmişdi.Sputnik Azərbaycan Brüssel görüşündən gözləntilərlə bağlı millət vəkili Asim Mollazadə və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.Millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi sülh istiqamətində səmimi addımlar atsa, bu görüşdən nəticə çıxa bilər: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməli olaraq qəbul etdiyini göstərməlidir. Ermənistan kommunikasiyaların açılmasına çalışaraq, delimitasiya və demarkasiya prosesinə töhfə verərək, qonşu ölkələrin ərazi bütövlüyünü qəbul etməklə özünü xilas edə bilər".Asim Mollazadə qeyd edir ki, Ermənistan rəhbərliyi ən yaxın müddətdə sürətlə üçtərəfli bəyannamənin icrası istiqamətində addımlar atarsa, o sülh prosesi inkişaf edər: "Avropa İttifaqı bu prosesi sürətləndirmək üçün dəstək verə bilər. Eyni zamanda iki ölkə arasında qarşılıqlı inamın artırılması istiqamətində kifayət qədər işlər görə bilər və bununla bağlı onlar yetərincə təcrübəyə malikdirlər. Son olaraq qeyd edim ki, Ermənistan zəruri addımları atarsa, nəticə olacaq. Yenə qəbul edilməz iddialarla prosesi yubatmağa çalışsa, danışıqlar nəticəsiz qalacaq. Ermənistan dərk etməlidir ki, onu qarşıda çox ciddi sınaqlar gözləyir".Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, bu görüşdə kiçik də olsa, irəliyə doğru addımlar atılacaq: "Bunun anonsunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vermişdi. Düşünürəm ki, hazırda konkret işlər görülməlidir. Amma biz hər zaman proseslərdən Ermənistanın yayınmasını görmüşük. Eyni zamanda görürük ki, həm Rusiyadan, həm də Avropa İttifaqından Ermənistana təzyiq olub. Ancaq o, bu təzyiq azalan kimi proseslərdə manipulyasiya ilə məşğul olur. Qərb isə heç vaxt Ermənistana istədiyini verə bilməz. Görünür Ermənistan Qərbdən ayrılmış pulu lazımı kimi istifadə edə bilmədiyinə görə təzyiqlərlə üzləşib".Politoloq qeyd edir ki, Rusiya Cənubi Qafqazda problemlərin tezliklə həllini tapmasına çalışır. Onun sözlərinə görə, regionda gedən proseslərdə İranın aktivliyini gözardı etmək olmaz: "Bu ölkənin marağındadır ki, regionda cərəyan edən proseslərdə öz iştirakını təmin etsin. İran Zəngəzur dəhlizinin reallaşmasına isti yanaşmır. Bunun əksinə olaraq isə Rusiya dəhlizin tezliklə fəaliyyətə başlamasını istəyir".Mübariz Əhmədoğlu deyir ki, Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesi yubansa, İran çox ciddi şəkildə proseslərə müdaxilə edəcək: "İranın məqsədi Ermənistanın Sünik vilayətini özününküləşdirməkdir. Ermənistan buna görə İrandan qaçır. Rusiya çox maraqlıdır ki, tənzimləmə prosesi tez başa çatsın".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442156738_171:0:2902:2048_1920x0_80_0_0_15bedc37b973d189a8624c36db75b833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
brüssel, görüş, sülh
Brüssel görüşü sülh prosesini sürətləndirəcəkmi?
21:04 30.08.2022 (Yenilənib: 21:19 30.08.2022) Politoloq hesab edir ki, həm Rusiyadan, həm də Avropa İttifaqından Ermənistana təzyiqlər azalan kimi bu ölkə manipulyasiyalarla məşğul olur.
BAKI, 30 avqust — Sputnik. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamışdı ki, avqustun sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan Prezidentinin köməkçisi bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkilinin razılaşdırılacağına ümid etdiyini bildirmişdi.
Sputnik Azərbaycan Brüssel görüşündən gözləntilərlə bağlı millət vəkili Asim Mollazadə və politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.
Millət vəkili hesab edir ki, Ermənistan rəhbərliyi sülh istiqamətində səmimi addımlar atsa, bu görüşdən nəticə çıxa bilər: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil, əməli olaraq qəbul etdiyini göstərməlidir. Ermənistan kommunikasiyaların açılmasına çalışaraq, delimitasiya və demarkasiya prosesinə töhfə verərək, qonşu ölkələrin ərazi bütövlüyünü qəbul etməklə özünü xilas edə bilər".
Asim Mollazadə qeyd edir ki, Ermənistan rəhbərliyi ən yaxın müddətdə sürətlə üçtərəfli bəyannamənin icrası istiqamətində addımlar atarsa, o sülh prosesi inkişaf edər: "Avropa İttifaqı bu prosesi sürətləndirmək üçün dəstək verə bilər. Eyni zamanda iki ölkə arasında qarşılıqlı inamın artırılması istiqamətində kifayət qədər işlər görə bilər və bununla bağlı onlar yetərincə təcrübəyə malikdirlər. Son olaraq qeyd edim ki, Ermənistan zəruri addımları atarsa, nəticə olacaq. Yenə qəbul edilməz iddialarla prosesi yubatmağa çalışsa, danışıqlar nəticəsiz qalacaq. Ermənistan dərk etməlidir ki, onu qarşıda çox ciddi sınaqlar gözləyir".
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, bu görüşdə kiçik də olsa, irəliyə doğru addımlar atılacaq: "Bunun anonsunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vermişdi. Düşünürəm ki, hazırda konkret işlər görülməlidir. Amma biz hər zaman proseslərdən Ermənistanın yayınmasını görmüşük. Eyni zamanda görürük ki, həm Rusiyadan, həm də Avropa İttifaqından Ermənistana təzyiq olub. Ancaq o, bu təzyiq azalan kimi proseslərdə manipulyasiya ilə məşğul olur. Qərb isə heç vaxt Ermənistana istədiyini verə bilməz. Görünür Ermənistan Qərbdən ayrılmış pulu lazımı kimi istifadə edə bilmədiyinə görə təzyiqlərlə üzləşib".
Politoloq qeyd edir ki, Rusiya Cənubi Qafqazda problemlərin tezliklə həllini tapmasına çalışır. Onun sözlərinə görə, regionda gedən proseslərdə İranın aktivliyini gözardı etmək olmaz: "Bu ölkənin marağındadır ki, regionda cərəyan edən proseslərdə öz iştirakını təmin etsin. İran Zəngəzur dəhlizinin reallaşmasına isti yanaşmır. Bunun əksinə olaraq isə Rusiya dəhlizin tezliklə fəaliyyətə başlamasını istəyir".
Mübariz Əhmədoğlu deyir ki, Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesi yubansa, İran çox ciddi şəkildə proseslərə müdaxilə edəcək: "İranın məqsədi Ermənistanın Sünik vilayətini özününküləşdirməkdir. Ermənistan buna görə İrandan qaçır. Rusiya çox maraqlıdır ki, tənzimləmə prosesi tez başa çatsın".