https://sputnik.az/20220830/azerbaycanin-neft-kemerlerinde-itkileri-keskin-azalib-445519932.html
Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb
Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb
Sputnik Azərbaycan
Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub, bu da ötən ilin cari dövrü ilə müqayisədə azdır 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T22:23+0400
2022-08-30T22:23+0400
2022-08-30T22:23+0400
neft
neft-qaz
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40369/49/403694915_0:0:5296:2979_1920x0_80_0_0_6d8d7aa889c7be9c9d55d68745a8d217.jpg
BAKI, 30 avqust — Sputnik. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub ki, bu da illik müqayisədə 27,8% azdır.Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,8 min ton təşkil edib.Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda magistral neft kəmərləri ilə 17 747,1 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% çoxdur. Nəqletmənin 79,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 14 111,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8% çox).Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i BTC ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40369/49/403694915_0:0:4612:3459_1920x0_80_0_0_3bd6732982d15168a16f9a1afdbb2a00.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, azərbaycan
Azərbaycanın neft kəmərlərində itkiləri kəskin azalıb
Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub, bu da ötən ilin cari dövrü ilə müqayisədə azdır
BAKI, 30 avqust — Sputnik. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərlərində 1,3 min ton itki olub ki, bu da illik müqayisədə 27,8% azdır.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,8 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-iyun ayında Azərbaycanda magistral neft kəmərləri ilə 17 747,1 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% çoxdur. Nəqletmənin 79,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 14 111,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8% çox).
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,3 min ton itki olub, bu da illik müqayisədə 17,9% çoxdur. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i BTC ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az).