DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını beş dəfə artıracaq

© AFP 2024 / Mustafa Ozer Bosfor
Bosfor  - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Türkiyə Nəqliyyat Nazirliyindəki mənbələr rüsumların 7 oktyabr 2022-ci il tarixindən etibarən artırılacağını bildirib.
BAKI, 29 avqust — Sputnik. Türkiyə 7 oktyabr 2022-ci il tarixindən Bosfor və Dardanel boğazlarından keçən ticarət gəmilərinin keçid qiymətini beş dəfə artırmağa hazırlaşır. Bu, illik gəlirləri 40 milyon dollardan 200 milyon dollara qədər artırmağa imkan verəcək. Bu barədə "Sabah" qəzeti Nəqliyyat Nazirliyinin mənbələrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, rüsumların artırılması, o cümlədən, mayak, ticarət gəmilərinin evakuasiyası və tibbi xidmət boğazlarda naviqasiyanı tənzimləyən 1936-cı il Montrö Konvensiyasında nəzərdə tutulub.
"Sabah" yazır ki, 1983-cü ildə tətbiq edilən mövcud ödəniş sistemini ləğv etməklə Ankaranın 39 ildir üzləşdiyi "haqsızlıq" aradan qaldırılacaq. Hətta Montrö Konvensiyasının imzalanması zamanı rüsumlar 0,80 dollar təşkil edən fransız frankı ilə müəyyən edilib, ona görə də zaman keçdikcə inflyasiya və qızılın qiymətinin artması səbəbindən rüsumlar praktiki olaraq minimuma enib. Bunun fonunda frankla hesablanan rüsumların dəyəri 5 dəfə artırılaraq 4 dollara çatdırılıb.
Xatırladaq ki, Türkiyə ciddi inflyasiya ilə üzləşib. Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2022-ci ilin iyul ayında inflyasiya illik göstəricidə 79,6%-ə qədər sürətlənib.
Xəbər lenti
0