https://sputnik.az/20220829/neft-bahalasib---hasilatin-azalacagina-dair-narahatliq-var-445473337.html
Neft bahalaşıb - hasilatın azalacağına dair narahatlıq var
Neft bahalaşıb - hasilatın azalacağına dair narahatlıq var
Sputnik Azərbaycan
Neft bazarında qeyri-sabitlik davam edir. Son vaxtlar təklifin azalacağı ilə bağlı narahatlıqlar qiymətlərə təsir göstərir. 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T15:19+0400
2022-08-29T15:19+0400
2022-08-29T15:19+0400
neft
neft-qaz
opec
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739848_0:160:3071:1887_1920x0_80_0_0_8f6c3319670c559dfcde3afee9f631cc.jpg
BAKI, 29 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.London birjasında "Brent" markalı neftin qiyməti 0,72 dollar artaraq 101,71 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,02 dollar bahalaşaraq 94,08 dollar olub.Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 100,73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,89 faiz çoxdur.Qeyd edək ki, neft hasilatının azalacağı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub. Ümumiyyətlə isə neftin qiymətləri qlobal iqtisadi artımın yavaşlayacağı narahatlığı ilə artıq üçüncü aydır ki, ucuzlaşır.Xatırladaq ki, bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir."Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik", - deyə o bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739848_171:0:2900:2047_1920x0_80_0_0_e8c62787ab365235f392d54cb6ee630e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, opec
Neft bahalaşıb - hasilatın azalacağına dair narahatlıq var
Neft bazarında qeyri-sabitlik davam edir. Son vaxtlar təklifin azalacağı ilə bağlı narahatlıqlar qiymətlərə təsir göstərir.
BAKI, 29 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,72 dollar artaraq 101,71 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,02 dollar bahalaşaraq 94,08 dollar olub.
Ötən həftə Azərbaycan neftinin 1 barelinin orta qiyməti 100,73 dollara bərabər olub. Bu da ondan əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,89 faiz çoxdur.
Qeyd edək ki, neft hasilatının azalacağı ilə bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub. Ümumiyyətlə isə neftin qiymətləri qlobal iqtisadi artımın yavaşlayacağı narahatlığı ilə artıq üçüncü aydır ki, ucuzlaşır.
Xatırladaq ki, bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.
Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
"Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik", - deyə o bildirib.