Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirlikdən sertifikatlaşdırma ilə bağlı yayılan iddialara cavab

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
İlk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azalmayacaq.
BAKI, 29 avqust — Sputnik. Elm və Təhsil Nazirliyi sertifikatlaşdırma ilə bağlı sosial şəbəkələrdə yayılan bir sıra məsələlərə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, yayılan məlumatlardan birinə əsasən, istisnasız olaraq bütün müəllimlər sertifikatlaşdırmada iştirak edəcək. Amma əslində hamilə və ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır.
İbtidai sinif müəllimləri üçün test tapşırıqlarının yuxarı sinif səviyyəsində hazırlandığı ilə bağlı iddiaya cavab olaraq bildirilib ki, həmin müəllimlər üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub.
Digər bir məsələ sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərin işdən azad ediləcəyi bağlı yayılan iddiadır. Qeyd olunub ki, uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.
Nazirlik həmçinin ilk dəfə uğur qazanmayan müəllimlərin dərs yükü və əməkhaqqısının azalacağı, sertifikatlaşdırmanın nəticəsinin əməkhaqqına müsbət təsir etməyəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulub.
Qeyd edilib ki, ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqısı azalmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10% əlavə, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına 35 faiz əlavə veriləcək.
Məlumat üçün qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi artıq başlayıb.
Xəbər lenti
0