https://sputnik.az/20220829/mudafie-nazirliyinden-lacinla-bagli-novbeti-xeber-445473077.html
Müdafiə Nazirliyindən Laçınla bağlı növbəti xəbər
Müdafiə Nazirliyindən Laçınla bağlı növbəti xəbər
Sputnik Azərbaycan
Nazirlikdən bildirilib ki, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T12:50+0400
2022-08-29T12:50+0400
2022-08-29T12:50+0400
hərbi
azərbaycan ordusu
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062708_0:181:543:486_1920x0_80_0_0_1ce7660f9fc187ceead5f153c510ba57.jpg
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.Müdafiə Nazirliyindən verilən xəbərə görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.Qeyd edək ki, Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. O, bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062708_0:130:543:537_1920x0_80_0_0_081ed8dc2f7968f9c957559abd86d9e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan ordusu, müdafiə nazirliyi
azərbaycan ordusu, müdafiə nazirliyi
Müdafiə Nazirliyindən Laçınla bağlı növbəti xəbər
Nazirlikdən bildirilib ki, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
BAKI, 29 avqust — Sputnik. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.
Qeyd edək ki, Prezident İlham Əliyev "Twitter" səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. O, bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.