Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əfsanəvi kino aktyorunun vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib

© Photo : Azerbaijanfilm / 1977Ənvər Həsənov "Dərviş Parisi partladır" filmində
Ənvər Həsənov Dərviş Parisi partladır filmində - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Aktyor, Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib. O, dörd gündür ki, Mərdəkandakı 26 saylı xəstəxanada yatır.
BAKI, 29 avqust — Sputnik. Aktyor, Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib.
Bu barədə aktyorun qızı Aytən Həsənova məlumat verib. O bildirib ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən aktyorun vəziyyəti ürəkaçan deyil: "Bir neçə gün özünü yaxşı hiss etmədiyini deyirdi. Sonra qəfildən yıxıldı. Biz çatana qədər başı şkafa dəyib yaralandı.
Həkim çağırdıq. Məlum oldu ki, şəkəri kəskin şəkildə düşüb, ürəyində problemlər var, başına gedən damarlarda tıxanma var. Dördüncü gündür ki, Mərdəkandakı 26 saylı xəstəxanada yatır. Pnevmoniya diaqnozu qoyulub. Hazırda sistem köçürürlər".
Xalq artistinin qızı Mədəniyyət Nazirliyinin aktyora olan laqeyd münasibətindən gileyləndi: "Kino günündə də heç kəs atamı yada salmadı. Neçə gündür xəstəxanadadır, heç kəs maraqlanmır".
Ənvər Həsənov kimdir?
Aktyor və rejissor Ənvər Həsənov milli kino tariximizin ən parlaq filmlərində unudulmaz obrazlar yaradıb. Yeniyetmə yaşlarından filmlərə çəkilən Xalq artisti "Uşaqlığın son gecəsi" (Murad), "Yeddi oğul istərəm" (Cəlal) , "Dərviş Parisi partladır" (Şahbaz bəy) "Bizim küçənin oğlanları" (Arif), "Səmt küləyi" (Əli), "Dörd bazar günü" (Kamil), "Xoşbəxtlik qayğıları" (Nuru), "Arxadan vurulan zərbə" (Oqtay), "Babək" (Tərxan), "Gözlə məni" (Qaçaq), "Birisigün, gecəyarısı" (çekist), "Doğma sahillər" (kapitan Vəzirov), "Tələ" (avtotexnik), "Alma" (inqilabçı; İran), "Mələk günü" (kürəkən; İran), "Son döyüş" (Ənvər bəy), "Cavad xan" (Səlim xan), "Vəkil haradadır?" (baş həkim), "Sübhün səfiri" (Hətəmxan ağa), "İşarəni dənizdən gözləyin" (baş nazirin yavəri) filmlərində aktyor, "Pirverdinin xoruzu", "Tələ", "Alma", "Mələk günü", "Hökm", "Ovsunçu", "Çalış, nəfəs alma", "Məhkumlar", "Cavad xan", "Ölüm növbəsi", "İlahi məxluq", "Dolu" və s. filmlərdə II rejissor kimi də iştirak edib.
Xəbər lenti
0