Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

DTX-nın sabiq rəisi yüksək vəzifəyə təyin olunub

© AP Photo / Sait Serkan Gurbuzməmur
məmur - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.
BAKI, 29 avqust — Sputnik. Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.
Bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Sənayesi Nazirliyindən məlumatı APA-ya təsdiqləyiblər.
Xəbər lenti
0