https://sputnik.az/20220829/bu-il-azerbaycanda-ne-qeder-usaq-ovladliga-goturulub-445468878.html
Bu il Azərbaycanda nə qədər uşaq övladlığa götürülüb?
Bu il Azərbaycanda nə qədər uşaq övladlığa götürülüb?
Sputnik Azərbaycan
1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T12:35+0400
2022-08-29T12:35+0400
2022-08-29T14:19+0400
uşaq
azərbaycan xəbərləri
əmək və əhalinin sosial müdafiəsi nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_684:589:2524:1624_1920x0_80_0_0_4873b60121bd34f6b542945c7aea5495.jpg
BAKI, 29 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.Nazirlikdən bildirilib ki, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır. Bu il də 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyət monitorinq edilib.1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib.Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.Qeyd edək ki, Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436909660_738:603:2440:1879_1920x0_80_0_0_c6ee1f1f144106184bf7a40f7ea9d899.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaq, əmək və əhalinin sosial müdafiəsi nazirliyi
uşaq, əmək və əhalinin sosial müdafiəsi nazirliyi
Bu il Azərbaycanda nə qədər uşaq övladlığa götürülüb?
12:35 29.08.2022 (Yenilənib: 14:19 29.08.2022) 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
BAKI, 29 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.
Nazirlikdən bildirilib ki, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır. Bu il də 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyət monitorinq edilib.
1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib.
Bu il həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Qeyd edək ki, Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.