https://sputnik.az/20220829/bu-gun-bagcalara-ise-qebul-uzre-test-imtahani-kecirilecek-445456117.html
Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək
Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək
Sputnik Azərbaycan
Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim ediləcək. 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T10:16+0400
2022-08-29T10:16+0400
2022-08-29T10:28+0400
bağça
təhsil
uşaq bağçaları
müəllim
https://cdnn1.img.sputnik.az/img/41971/40/419714013_0:99:1947:1194_1920x0_80_0_0_615acccafc685fd9220e93cb3a216b8c.jpg
BAKI, 29 avqust — Sputnik. Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.Sputnik Azərbaycan-ın məlumatına görə, 5 488 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir şəhərləri və Salyan rayonu olmaqla ümumilikdə doqquz imtahan mərkəzində təşkil olunacaq.Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri bir bal olaraq hesablanacaq.Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaqlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41971/40/419714013_112:0:1835:1292_1920x0_80_0_0_d604e996f9f50a1c2d9f56e209ec1f85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bağça, uşaq bağçaları, müəllim
bağça, uşaq bağçaları, müəllim
Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək
10:16 29.08.2022 (Yenilənib: 10:28 29.08.2022) Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim ediləcək.
BAKI, 29 avqust — Sputnik. Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, 5 488 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir şəhərləri və Salyan rayonu olmaqla ümumilikdə doqquz imtahan mərkəzində təşkil olunacaq.
Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri bir bal olaraq hesablanacaq.
Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.
Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaqlar.