https://sputnik.az/20220829/avropa-parlamenti-erzaq-bohrani-sebebinden-yeni-miqrant-dalgasini-gozleyir-445478333.html
Avropa Parlamenti ərzaq böhranı səbəbindən yeni miqrant dalğasını gözləyir
Avropa Parlamenti ərzaq böhranı səbəbindən yeni miqrant dalğasını gözləyir
Sputnik Azərbaycan
Parlament üzvləri "Avropanın miqrantlarla dolmasının" qarşısını almağa çağırırlar. 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T21:11+0400
2022-08-29T21:11+0400
2022-08-29T21:11+0400
avropa
dünya xəbərləri
miqrant
avropada miqrant
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427667896_0:0:3076:1731_1920x0_80_0_0_a09fb4e53624aee63e80ce0969ec83fa.jpg
BAKI, 29 avqust — Sputnik. Avropa Parlamentində miqrant axını dalğası barədə xəbərdarlıqlar səslənir. Fransa parlamentinin üzvü Jan-Pol Qarro Avropa Komissiyasına müraciətində vəziyyətin tezliklə pisləşəcəyini və Ukraynadakı ərzaq böhranı və vəziyyətin mürəkkəbləşməsi üzündən miqrant axınının artacağını söyləyib.Bundan əvvəl Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinin (Frontex) rəhbəri Aija Kalnaia vəziyyətin belə inkişafı ilə bağlı xəbərdarlıq etmişdi. Hələ iyul ayında o qeyd etmişdi ki, dəyişikliklərə hazır olmağa dəyər. Çünki insanlar ərzaq çatışmazlığı səbəbindən yaşamaq üçün daha yaxşı yerlər axtaracaqlar ki, bu da Ukraynadakı vəziyyətlə əlaqədar olaraq daha da gərginləşir.Bu faktı statistik rəqəmlər də təsdiqləyir: 2022-ci ilin əvvəlindən Aİ sərhədlərini qanunsuz keçmə sayı əvvəlki illə müqayisədə 82% artıb."Brüssel miqrantların qitəmizə hücumuna görə məsuliyyətin əhəmiyyətli hissəsini daşıyır", - deyə avropalı deputat məruzəsində qeyd edib.O əmindir ki, Aİ "Avropanın miqrantlarla dolu olmasının qarşısını almalıdır". Eyni anda bir neçə, o cümlədən "Avropa xalqlarının identikliyini qorumaq" kimi əsas səbəblər var.Qarro, həmçinin, qeyd edib ki, Avropa İttifaqı öz sərhədlərini qorumalıdır.Bununla yanaşı, dünyada təkcə ərzaqla deyil, həm də pambıqla bağlı problemlər var."Hava şəraiti - Braziliyada quraqlıq, Hindistanda isə daşqınlar - səbəbindən pambığın qiyməti 30% artaraq 2011-ci ilin rekord göstəricilərinə çatıb", - deyə "İzvestiya" qəzeti bildirir.Rusiya fermerlərinin bu il mümkün taxıl yığımından 15% az məhsul əldə etmək ehtimalı var. Belə məlumatlar Rusiya Taxıl İttifaqında açıqlanıb.Məhsuldarlığın azalmasının səbəblərindən biri də hava şəraitidir. "Moskva 24" xəbər verir ki, soyuq yaz və yağışlar məhsulun yığım cədvəlini dəyişib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0a/427667896_347:0:3076:2047_1920x0_80_0_0_ea0d2a0589f3928567ccbc0441d0cf18.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
avropa, miqrant, avropada miqrant
avropa, miqrant, avropada miqrant
Avropa Parlamenti ərzaq böhranı səbəbindən yeni miqrant dalğasını gözləyir
Parlament üzvləri "Avropanın miqrantlarla dolmasının" qarşısını almağa çağırırlar.
BAKI, 29 avqust — Sputnik. Avropa Parlamentində miqrant axını dalğası barədə xəbərdarlıqlar səslənir. Fransa parlamentinin üzvü Jan-Pol Qarro Avropa Komissiyasına müraciətində vəziyyətin tezliklə pisləşəcəyini və Ukraynadakı ərzaq böhranı və vəziyyətin mürəkkəbləşməsi üzündən miqrant axınının artacağını söyləyib.
Bundan əvvəl Avropa İttifaqının Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyinin (Frontex) rəhbəri Aija Kalnaia vəziyyətin belə inkişafı ilə bağlı xəbərdarlıq etmişdi. Hələ iyul ayında o qeyd etmişdi ki, dəyişikliklərə hazır olmağa dəyər. Çünki insanlar ərzaq çatışmazlığı səbəbindən yaşamaq üçün daha yaxşı yerlər axtaracaqlar ki, bu da Ukraynadakı vəziyyətlə əlaqədar olaraq daha da gərginləşir.
Bu faktı statistik rəqəmlər də təsdiqləyir: 2022-ci ilin əvvəlindən Aİ sərhədlərini qanunsuz keçmə sayı əvvəlki illə müqayisədə 82% artıb.
"Brüssel miqrantların qitəmizə hücumuna görə məsuliyyətin əhəmiyyətli hissəsini daşıyır", - deyə avropalı deputat məruzəsində qeyd edib.
O əmindir ki, Aİ "Avropanın miqrantlarla dolu olmasının qarşısını almalıdır". Eyni anda bir neçə, o cümlədən "Avropa xalqlarının identikliyini qorumaq" kimi əsas səbəblər var.
Qarro, həmçinin, qeyd edib ki, Avropa İttifaqı öz sərhədlərini qorumalıdır.
Bununla yanaşı, dünyada təkcə ərzaqla deyil, həm də pambıqla bağlı problemlər var.
"Hava şəraiti - Braziliyada quraqlıq, Hindistanda isə daşqınlar - səbəbindən pambığın qiyməti 30% artaraq 2011-ci ilin rekord göstəricilərinə çatıb", - deyə "İzvestiya" qəzeti bildirir.
Rusiya fermerlərinin bu il mümkün taxıl yığımından 15% az məhsul əldə etmək ehtimalı var. Belə məlumatlar Rusiya Taxıl İttifaqında açıqlanıb.
Məhsuldarlığın azalmasının səbəblərindən biri də hava şəraitidir. "Moskva 24" xəbər verir ki, soyuq yaz və yağışlar məhsulun yığım cədvəlini dəyişib.