Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəblərə ixtisas seçimi başa çatıb

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Ali məktəblərə ixtisas seçiminin müddəti uzadılsa da, müddət bu gün başa çatıb.
BAKI, 29 avqust — Sputnik. Ali təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.
Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.
Məlumat üçün bildirək kİ, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə müraciət edə bilərlər.
Xəbər lenti
0