CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə ölən Azərbaycan məşhurları

© Sputnik / Murad OrujovQərənfil, arxiv şəkli
Qərənfil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
90-cı illədə bir çox elm və mədəniyyət adamları bu və ya digər səbəblərdən xarici ölkələrə üz tutdular. Müxtəlif ölkələrdə yaşadılar, elə oradaca vəfat etdilər. Son mənzil onlardan bəzisinə vətəndə, bəzisinə isə qürbətdə qismət oldu
BAKI, 28 avqust — Sputnik. Belə bir atalar deyimi var: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı". Amma bəzi sənət adamları var ki, onların taleyinə qürbətdə vəfat etmək yazılıb. Onların bəzisinin nəşi vətənə gətirilsə də, bəzisi elə qürbət ölkədəcə torpağa tapşırılıb. Sputnik Azərbaycan qürbətdə vəfat edən sənət adamlarını təqdim edir.
1980-ci illərin əfsanəvi qruplarından olan "Karvan"ın solistlərindən biri olan Sevil Hacıyeva tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə həmin şəxsə ailə həyatı qurur. Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır. Sevil Hacıyeva rəsmi olaraq "Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə" statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub. Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdan Sevil Hacıyevanın yolunu soyğunçu kəsir. Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyeva isə belindən vurularaq öldürülür. Öldürülən zaman gənc solistin cəmisi 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından "Hollywood Hills" məzarlığında torpağa tapşırılır.
Qürbətdə vəfat edənlərdən biri də bu yaxınlarda 80 illiyini qeyd etdiyimiz dünya şöhrətli musiqiçi Müslüm Maqomayevdir. Uzun illər Moskvada yaşayan Xalq artisti 25 oktyabr 2008-ci ildə vəfat edib. O, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyev 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib. İtaliyada vəfat etmiş dünyaşöhrətli opera müğənnisi, məşhur azərbaycanlı vokalçı Eldar Əliyevin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Vətənə gətirilmiş, avqustun 23-də Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırıldı.
© Photo : Courtesy of Rustam GasımovEldar Əliyevin məzarının üstündə fotosu
Eldar Əliyev  - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Eldar Əliyevin məzarının üstündə fotosu
Ötən əsrin 80-ci illərində Azərbaycan estradasının önəmli simalarından olan Cəfər Behbudov da xarici ölkədə vəfat edib. 90-cı illərin əvvələrində Ukraynaya köçən müğənni orada vəfat edib. Behbudovun cənazəsi Ukraynanın paytaxtı Kiyevdə yerləşən məzarlıqlardan birində torpağa tapşırılıb. 2019-cu ildə vəfat edən C.Behbudov karifey sənətkar Rəşid Behbudovun bacısı oğludur.
SSRİ-nin və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov da yad ölkədə gözlərini əbədi olaraq yumub. 82 yaşlı rəssam 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdi. Xalq rəssamı Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdu.
© Photo : From the personal archive of Togrul NarimanbekovToğrul Nərimanbəyov
Toğrul Nərimanbəyov - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Toğrul Nərimanbəyov
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov bu ilin martın 11-i Moskvada dünyasını dəyişib. İbrahimbəyov mart ayının 16-sında Bakıda I Fəxri xiyabanda torpağa tapşırılıb.
© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidRüstəm İbrahimbəyov
 Рустам Ибрагимбеков, режиссер  - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Rüstəm İbrahimbəyov
Eyni taleyi yaşıyanlar sırasında ötən həftə dünyasını dəyişən aktrisa və müğənni Firəngiz Rəhimbəyova da yer alıb. 80-ci illər Azərbaycan müasir estradasının yaradıcılarından sayılan müğənni yaşadığı Los-Ancelesdə dünyasını dəyişib. Sənətçinin yaxın dostu, Xalq artisti Eldar Mansurovun verdiyi xəbərə görə, Firəngiz Rəhimbəyova sentyabrın 6-da Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn ediləcək.
© Photo : personal archiveFirəngiz Rəhimbəyova
Firəngiz Rəhimbəyova - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Firəngiz Rəhimbəyova
Xəbər lenti
0