Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğının söndürülməsinə cəlb olunan FHN-in təyyarəsi qəza enişi edib

© Photo : Ministry of Emergency Situations (Azerbaijan) BE-200CS amfibiya təyyarəsi
 BE-200CS amfibiya təyyarəsi - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
Hadisə nəticəsində xəsarət alan olmayıb.
BAKI, 28 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.
Bu barədə FHN xəbər verir.
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Xəbər lenti
0