https://sputnik.az/20220828/korpeler-ucun-nesr-olunan-kitablarda-bu-nuanslara-diqqet-yetirmek-vacibdir-445421335.html
Körpələr üçün nəşr olunan kitablarda bu nüanslara diqqət yetirmək vacibdir
Körpələr üçün nəşr olunan kitablarda bu nüanslara diqqət yetirmək vacibdir
Sputnik Azərbaycan
Xarici ölkələrdə körpələr üçün nəzərdə tutulmuş kitabların rənglənməsi üçün qida boyalarından istifadə olunur. Bu texnologiyadan Azərbaycanda hələ ki istifadə... 28.08.2022, Sputnik Azərbaycan
2022-08-28T08:23+0400
2022-08-28T08:23+0400
2022-08-28T08:24+0400
körpə
cəmiyyət
kitab
nəşr
rəng
şahbaz xuduoğlu
https://cdnn1.img.sputnik.az/img/42011/22/420112285_0:101:1920:1181_1920x0_80_0_0_d18b3ec86244f7973c070e4723f7526e.jpg
BAKI, 28 avqust — Sputnik. Günümüzdə bir çox Azərbaycan ailələrində uşaqların kitabla tanışlığı lap körpə vaxtlarından başlayır. Bu məsələdə bəzi nüanslara diqqət yetirmək vacibdir. Körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır. Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Bütün bunlarla yanaşı, körpələr üçün olan kitabların rənglərinə də diqqət olunmaldır. Xarici ölkələrdə uşaqlar üçün dərc olunan kitabların rənglənməsi zamanı uşaqların zəhərlənməməsi üçün qida boyalarından istifadə olunur. Bəs Azərbaycanda bu nüansa diqqət edilirmi?Bir çox kitab illüstrasiyalarının müəllifi, rəssam Zöhrab Cabbarov bildirir ki, Azərbaycana hələ bu texnologiya gəlib çatmayıb: "Biz də, bizdən əvvəlki dövrdə oxuyan uşaqlar da həmişə rənglənmiş kitabdan oxuyublar. Amma bu vaxta qədər kitabdan zəhərlənən uşaq nə görmüşük, nə də eşitmişik. 0-2 yaş uşaqlar üçün dərc olunan kitabların rənglənməsində qida boyalarından istifadə olunsa belə, onlarda da kimyəvi qatqılar olacağı danılmazdır"."Altun Kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov qeyd edir ki, bu kommersiya məsələsidir: "Həmin boyaların əldə olunması, o texnologiyanı Azərbaycana gətirmək, tətbiq etmək üçün böyük büdcə lazımdır. Bizdə dərc olunan kitablar 5-6 yaşında olan uşaqlar üçündür. O yaşda olan uşaqlar da artıq kitabla necə davranmağı anlayırlar"."Qanun Nəşrlər" evinin direktoru Şahbaz Xuduoğlu bildirir ki, ekoloji təmiz, qida boyaları ilə boyanmış kitablar Çində çap olunub, ölkəmizə gətirilir: "Həmin şəkillər qalın kartonlara çəkilir. Həmin kitablar 0-dan başlayaraq bütün yaşda olan uşaqlar üçün nəzərdə tutulur. Biz istəyirik ki, həmin texnologiyanı Azərbaycana da gətirək. Artıq bizdə yüksək texnologiyalarla kardon istehsal olunur".Qida boyaları ilə boyanmış kitablara gəldikdə isə Ş.Xuduoğlu bildirir ki, onların qiyməti 10 manatdan başlayr.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42011/22/420112285_106:0:1814:1281_1920x0_80_0_0_8e824d0478ad0cf738d233f089d7eefd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
körpə, kitab, nəşr, rəng, şahbaz xuduoğlu
körpə, kitab, nəşr, rəng, şahbaz xuduoğlu
Körpələr üçün nəşr olunan kitablarda bu nüanslara diqqət yetirmək vacibdir
08:23 28.08.2022 (Yenilənib: 08:24 28.08.2022) Xarici ölkələrdə körpələr üçün nəzərdə tutulmuş kitabların rənglənməsi üçün qida boyalarından istifadə olunur. Bu texnologiyadan Azərbaycanda hələ ki istifadə olunmur
BAKI, 28 avqust — Sputnik. Günümüzdə bir çox Azərbaycan ailələrində uşaqların kitabla tanışlığı lap körpə vaxtlarından başlayır. Bu məsələdə bəzi nüanslara diqqət yetirmək vacibdir. Körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır. Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Bütün bunlarla yanaşı, körpələr üçün olan kitabların rənglərinə də diqqət olunmaldır. Xarici ölkələrdə uşaqlar üçün dərc olunan kitabların rənglənməsi zamanı uşaqların zəhərlənməməsi üçün qida boyalarından istifadə olunur. Bəs Azərbaycanda bu nüansa diqqət edilirmi?
Bir çox kitab illüstrasiyalarının müəllifi, rəssam Zöhrab Cabbarov bildirir ki, Azərbaycana hələ bu texnologiya gəlib çatmayıb: "Biz də, bizdən əvvəlki dövrdə oxuyan uşaqlar da həmişə rənglənmiş kitabdan oxuyublar. Amma bu vaxta qədər kitabdan zəhərlənən uşaq nə görmüşük, nə də eşitmişik. 0-2 yaş uşaqlar üçün dərc olunan kitabların rənglənməsində qida boyalarından istifadə olunsa belə, onlarda da kimyəvi qatqılar olacağı danılmazdır".
"Altun Kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov qeyd edir ki, bu kommersiya məsələsidir: "Həmin boyaların əldə olunması, o texnologiyanı Azərbaycana gətirmək, tətbiq etmək üçün böyük büdcə lazımdır. Bizdə dərc olunan kitablar 5-6 yaşında olan uşaqlar üçündür. O yaşda olan uşaqlar da artıq kitabla necə davranmağı anlayırlar".
"Qanun Nəşrlər" evinin direktoru Şahbaz Xuduoğlu bildirir ki, ekoloji təmiz, qida boyaları ilə boyanmış kitablar Çində çap olunub, ölkəmizə gətirilir: "Həmin şəkillər qalın kartonlara çəkilir. Həmin kitablar 0-dan başlayaraq bütün yaşda olan uşaqlar üçün nəzərdə tutulur. Biz istəyirik ki, həmin texnologiyanı Azərbaycana da gətirək. Artıq bizdə yüksək texnologiyalarla kardon istehsal olunur".
Qida boyaları ilə boyanmış kitablara gəldikdə isə Ş.Xuduoğlu bildirir ki, onların qiyməti 10 manatdan başlayr.