DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Konqresmen ABŞ-ı Ukrayna üçün bir dollar belə ayırmamağa çağırıb

© AP Photo / J. Scott ApplewhiteABŞ və Ukrayna bayraqları, arxiv şəkli
ABŞ və Ukrayna bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
Avqustun 24-də ABŞ-ın Kiyevə üç milyard dollara yaxın hərbi yardım edəcəyi məlum olub.
BAKI, 28 avqust - Sputnik. Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü, deputat Den Bişop bildirib ki, ABŞ Ukraynaya bir dollar da ayırmamalıdır. Deputatın fikrincə, Vaşinqton diqqətini daxili problemlərə cəmləməlidir. Bu barədə Rusiya mediası “The American Conservative” qəzetinə istinadən xəbər verir.
Bişop ABŞ-ı Ukraynanı maliyyələşdirməyi dayandırmağa çağırıb və vurğulayıb ki, Kiyevə “bitməyən” yardımlar Prezident Co Baydenin “Sonuncu Amerikadır” siyasətinin bariz nümunəsidir.
“Biz Ukraynaya bir dollar da göndərməməliyik, üç milyarddan belə heç danışmıram. Biz artıq istənilən avropalı müttəfiqimizin xərcləməyə hazır olduğundan çox vəsait xərcləmişik, lakin eyni zamanda öz sərhədimizin təhlükəsizliyini təmin etmək üçün bu vəsaitin cüzi bir hissəsini belə toplaya bilmirik", - deyə konqresmen bildirib.
Avqustun 24-də ABŞ-ın Kiyevə üç milyard dollara yaxın hərbi yardım edəcəyi məlum olub. Müvafiq bəyanatı ABŞ lideri Co Bayden Ukraynanın Müstəqillik Günü şərəfinə çıxışı zamanı qeyd edib.
Xəbər lenti
0