https://sputnik.az/20220828/daily-express-rf-simal-axini-1i-baglasa-a-ye-olumcul-zerbe-vura-biler-445452456.html
Daily Express: RF "Şimal axını-1"i bağlasa, Aİ-yə ölümcül zərbə vura bilər
Daily Express: RF "Şimal axını-1"i bağlasa, Aİ-yə ölümcül zərbə vura bilər
Sputnik Azərbaycan
Ekspertlər bildirirlər ki, “Şimal axını-1” vasitəsilə tədarükün təmamilə kəsilməsi 2023-cü ilin yanvarında Avropa ehtiyatlarının tükənməsinə səbəb ola bilər. 28.08.2022, Sputnik Azərbaycan
2022-08-28T21:01+0400
2022-08-28T21:01+0400
2022-08-28T21:32+0400
qaz
neft-qaz
https://cdnn1.img.sputnik.az/img/42285/23/422852320_0:30:3076:1760_1920x0_80_0_0_180b5d60eeabd94156960c52d01ca26a.jpg
BAKI, 28 avqust - Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyanın sentyabrın 2-də “Şimal axını” boru kəməri ilə qazı tamamilə kəsəcəyindən və onlara ölümcül zərbə endirəcəyindən ehtiyat edir. Bu barədə “Daily Express” nəşrinin analitiki Tibo Spirle bildirib.“Rusiya qazı işə salacaqmı? Avropa İttifaqı xaos içindədir, çünki Rusiya onlara ölümcül zərbə vura bilər. Aİ liderləri Kremlin "Şimal axını-1"in daha uzun müddətə və bəlkə də təmamilə bağlana biləcəyindən narahatdırlar”, - deyə Spirle qeyd edib.Analitikin sözlərinə görə, yayda “Şimal axını-1” artıq 10 günlük texniki xidmətə görə bağlanıb və bu, Avropada ciddi gərginlik yaradıb. Bu səbəbdən Avropa ölkələri öz qaz anbarlarını daha sürətlə doldurmağa başlayıblar. İndi Avropa qorxu içindədir, çünki sentyabrın 2-dən sonra Rusiyadan tədarük olmayacaq.Ekspertlər bildirirlər ki, “Şimal axını-1” vasitəsilə tədarükün təmamilə kəsilməsi 2023-cü ilin yanvarında Avropa ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Eyni zamanda, Aİ-nin belə böyük kəsiri doldurmaq üçün layiqli tədarük alternativləri olmayacaq.Avqustun 26-da Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) aparıcı analitiki İqor Yuşkov bildirib ki, “Şimal axını-1” boru kəmərinin üç günlük planlı təmirindən Avropanın itkiləri “az” olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42285/23/422852320_345:0:3076:2048_1920x0_80_0_0_5869d0909f1b4907c93dab9aeff49058.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz
Daily Express: RF "Şimal axını-1"i bağlasa, Aİ-yə ölümcül zərbə vura bilər
21:01 28.08.2022 (Yenilənib: 21:32 28.08.2022) Ekspertlər bildirirlər ki, “Şimal axını-1” vasitəsilə tədarükün təmamilə kəsilməsi 2023-cü ilin yanvarında Avropa ehtiyatlarının tükənməsinə səbəb ola bilər.
BAKI, 28 avqust - Sputnik. Avropa İttifaqı (Aİ) Rusiyanın sentyabrın 2-də “Şimal axını” boru kəməri ilə qazı tamamilə kəsəcəyindən və onlara ölümcül zərbə endirəcəyindən ehtiyat edir. Bu barədə “Daily Express” nəşrinin analitiki Tibo Spirle bildirib.
“Rusiya qazı işə salacaqmı? Avropa İttifaqı xaos içindədir, çünki Rusiya onlara ölümcül zərbə vura bilər. Aİ liderləri Kremlin "Şimal axını-1"in daha uzun müddətə və bəlkə də təmamilə bağlana biləcəyindən narahatdırlar”, - deyə Spirle qeyd edib.
Analitikin sözlərinə görə, yayda “Şimal axını-1” artıq 10 günlük texniki xidmətə görə bağlanıb və bu, Avropada ciddi gərginlik yaradıb. Bu səbəbdən Avropa ölkələri öz qaz anbarlarını daha sürətlə doldurmağa başlayıblar. İndi Avropa qorxu içindədir, çünki sentyabrın 2-dən sonra Rusiyadan tədarük olmayacaq.
Ekspertlər bildirirlər ki, “Şimal axını-1” vasitəsilə tədarükün təmamilə kəsilməsi 2023-cü ilin yanvarında Avropa ehtiyatlarının tükənməsinə səbəb ola bilər. Eyni zamanda, Aİ-nin belə böyük kəsiri doldurmaq üçün layiqli tədarük alternativləri olmayacaq.
Avqustun 26-da Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) aparıcı analitiki İqor Yuşkov bildirib ki, “Şimal axını-1” boru kəmərinin üç günlük planlı təmirindən Avropanın itkiləri “az” olacaq.