NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Bloomberg: Rusiya Avropaya qaz nəqlini bir il müddətinə dayandıra bilər

© AFP 2024 / GETTY IMAGES NORTH AMERICA /JOE RAEDLEQaz xətti, arxiv şəkli
Qaz xətti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
2022-ci ilin əvvəlindən qazın Avropa üçün qiyməti üç dəfədən çox artıb.
BAKI, 28 avqust - Sputnik. Rusiya heç bir mənfi nəticə vermədən Avropaya qaz tədarükünü bir il müddətinə dayandıra bilər. Bu barədə “Bloomberg” Britaniyanın “Capital Economics” şirkətinin analitiki Layam Piçin sözlərinə istinadən xəbər verir.
Analitikə görə, enerji qiymətlərinin yüksək olması səbəbindən tədarüklərin azalmasına baxmayaraq, Rusiya qaz satışından rübdə 20 milyard dollara qədər gəlir əldə edir.
Mart ayından bəri Avropada qazın qiyməti cümə günü ilk dəfə olaraq 1 min kubmetr üçün 3,5 mini ötüb. Elektrik enerjisi tariflərinin artırılması avropalılar üçün fəlakətə çevrilə bilər.
Bu yaxınlarda “Der Spiegel”nəşri Avropanın enerji bazarında qazın qiymətinin rekord həddə - 1 meqavat saatda 340 avroya yüksəldiyini qeyd edib.
Nəşrin məlumatına görə, qazın qiyməti artır, çünki Avropa ölkələri Rusiyadan yanacaq tədarükünün dayandırılmasından qorxurlar. 2022-ci ilin əvvəlindən qazın Avropa üçün qiyməti üç dəfədən çox artıb.
Xəbər lenti
0