Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəblərə ixtisas seçiminin müddəti uzadılıb

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
Bu gün saat 19:30-a olan məlumata görə, 65994 abituriyent ixtisas seçib.
BAKI, 28 avqust - Sputnik. Ali təhsil müəssisələrinə ixtisas seçiminin müddəti uzadılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, ixtisas seçiminin müddəti 29 avqust saat 9:00-da başa çatacaq.
Bu gün saat 19:30-a olan məlumata görə, 65994 abituriyent ixtisas seçib.
I qrup üzrə 22212, II qrup üzrə 14457, III qrup üzrə 17520, IV qrup üzrə 5152, V qrup üzrə isə 10427 nəfər ixtisas seçimi edib.
Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı idi.
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçimi başlayacaq.
Xəbər lenti
0