https://sputnik.az/20220827/xaricde-attestatla-tehsil-ved-eden-sirketlere-inanmaq-olarmi-445422696.html
Xaricdə attestatla təhsil vəd edən şirkətlərə inanmaq olarmı?
Xaricdə attestatla təhsil vəd edən şirkətlərə inanmaq olarmı?
Sputnik Azərbaycan
Təhsil şirkətləri və vasitəçilər bir çox hallarda attestatla qəbul adı altında vətəndaşları aldadırlar. 27.08.2022, Sputnik Azərbaycan
2022-08-27T09:30+0400
2022-08-27T09:30+0400
2022-08-27T09:30+0400
diplom
təhsil
xaricdə təhsil
xaricdə təhsil üzrə dövlət proqramı
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_0:0:3077:1731_1920x0_80_0_0_afb59f2a01f4aabf9b43fc21915438ac.jpg
BAKI, 27 avqust — Sputnik. Azərbaycanda ali məktəblərə qəbul imtahanları başa çatdığından, müxtəlif ölkələrdəki universitetlərə atestatla tələbə qəbulu vəd edən şirkətlər və vasitəçilər fəallaşıb. Artıq onların elanları ilə sosial şəbəkələrdə də qarşılaşmaq mümkündür.Atestatla qəbul aparan təhsil şirkətləri yenidən fəallaşıbSosial platformada qarşımıza çıxan elanlardan biri də "RT-Group" təhsil şirkətinin elanıdır. Şirkət atestatla xaricdə təhsil vəd edir. Əlaqə saxladığımız şirkət nümayəndəsi bizə bildirdi ki, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanında toplanılan baldan asılı olmayaraq qəbul atestat vasitəsilə aparılır. Buraya Rusiya, Türkiyə, Gürcüstan və Latviya universitetləri daxildir.İmtahan üçün abituriyent atestatını, onun tərcümə təsdiqini, məktəbdən 9-10-11 ci siniflərin qiymət cədvəlini və pasportun tərcümə təsdiqini təqdim etməlidir. Türkiyədə atestatla qəbul 999 manata başa gəlir. Bundan sonra universitetin illik təhsil haqqını tələbə özü ödəyir. Təhsil şirkətindən atestatla qəbul aparan universitetlərin diplomlarının tanınmasında heç bir problem olmur. Yalnız xaricdə distant və qiyabi təhsilin diplomu Azərbaycanda tanınmır.Vəd verirlər,ancaq...Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsillə bağlı maarifləndirmə aparılsa da, təəssüf ki, vətəndaşlar fırıldaqçı təhsil şirkətlərinin, xaricdə təhsilə vasitəçilik edənlərin "toruna" düşürlər: "Təhsil şirkətləri tələbə qəbulu zamanı vəd verirlər ki, dörd ildən sonra onların diplomu tanınacaq. Onlar atalar məsəlindəki kimi "ya xan ölər, ya eşşək" prinsipi ilə yanaşırlar. Çox təəssüf ki, belə fırıldaqçı təhsil şirkətlərinin reklamı televiziyalarda da yayımlanır".İ. Orucov deyir ki, xaricdə heç bir dövlət ali təhsil müəssisəsi atestatla qəbul aparmır: "Vasitəçilər Türkiyədə attestatla qəbul vəd edirlər. Amma Türkiyədə həm dövlətin ali təhsil müəssisələri, həmçinin də nüfuzlu tanınmış universitetlər beynəlxalq imtahan nəticələri, yaxud da YÖS və digər imtahanların nəticələrinə əsasən qəbul aparırlar. Təhsil şirkətləri Azərbaycanda orta məktəbi güclə başa vuran, DİM imtahanlarında 40 bal toplayan abituriyentləri də xaricdə universitetə qəbul edir. Bu universitetlərin mütləq əksəriyyəti qara siyahıda olan universitetlərdir. Çox təəssüf ki, həmin universitetlərin tələbələrinin çoxu azərbaycanlılardır"."Ukraynada təhsil alıb, amma o dildə bir kəlmə də bilmir"İ. Orucovun sözlərinə görə, diplomu tanınmayan şəxslərin çoxu əmək bazarında özünə iş tapa bilmir: "Təhsil Nazirliyi yanında İctimai Şuraya bununla bağlı çoxsaylı şikayətlər daxil olur. Araşdırma zamanı bəlli olur ki, həmin şəxs Ukraynanın hansısa universitetində təhsil alıb. Özü isə ukrayn dilində bir kəlmə belə bilmir. Gürcü diplomunda təhsil aldığı diplomunda qeyd olunan şəxs bu dildə öz tərcümeyi halını yazmağı bacarmır. Belə insana diplom hansı əsasla verilib? Çox təəssüf ki, insanların çoxu işbaz təhsil şirkətlərinin qurbanı olur. Dörd il müddəti boşuna keçirdirlər".Bu gün xaricdə tələbə qəbuluna istiqamət verən peşəkar şirkətlər var. Amma qara bazardan sui-istifadə edənlər də az deyil. Ona görə də valideynlər qazandıqları pulu havaya sovurmasınlar. Övladlarının vaxtını isə boşuna sərf etməsinlər. Bəzi tələbələr xaricdə təhsilə səyahət kimi yanaşır. Onlar smestrdən-smestrə həmin ölkəyə gedirlər ki, pasportlarında ölkədən çıxdıqları, təhsil aldıqları ölkədə bir müddət qaldıqlarını əks etdirən möhür olsun. İmtahan zamanı isə onlar təhsil aldıqları ölkənin dilində iki kəlmə danışa bilmirlər. Təbii ki, belə şəxslərin diplomları saxta sayılmalıdır".Nazirlik cavabdehlik daşımırElm və Təhsil Nazirliyindən isə bildirdilər ki, nazirlik xaricdə təhsillə bağlı öz veb saytında, sosial şəbəkə resurslarında da məlumat verib:"Nazirlik xaricdə təhsil məsələləri ilə bağlı heç bir özəl şirkətlə əməkdaşlıq etmir, bununla bağlı gələcəkdə baş verəcək hər hansı məsələyə görə də məsuliyyət və cavabdehlik daşımır".Nazirlikdən həmçinin qeyd etdilər ki, azərbaycanlı abituriyentin seçdiyi xarici universitet həmin ölkənin ali təhsil sistemi tərəfindən tanınırsa, həmçinin tələbə təhsili normal qaydada alırsa, diplomun tanınması ilə bağlı problem yarana bilməz.Agentlik valideynləri diqqətli olmağa səsləyirTəhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a bildirildi ki, xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların verilməsinin səbəbləri var: "2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Ona görə də biz həmin universitetlərin adlarını açıqlamışıq. Amma adları sadalanan universitetləri bitirib diplomları Azərbaycanda tanınan məzunlar da var. Çünki həmin universitetlər dövlət universitetləridir, akkreditasiyaları var. Həmin ali təhsil müəssisələri tələbələrinə ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzun olduqda diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır".Təkcə ötən ay 65 nəfərin diplomu tanınmayıbAgentlikdən bildirildi ki, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.Diplomu tanınanların adı reyesterdəAgentlik xaricdə təhsil almış və diplomu tanınan şəxlərin elektron resursunu da yaradıb. Ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə 2021-ci ilin avqust ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resurs - kadr bankı (www.kadr.taninma.az) istifadəyə verilib. Kadr bankının istifadəyə verildiyi dövrdən bugünə kimi kadr bankında qeydiyyata düşmüş xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin sayı 500 nəfəri ötüb.Kimin diplomu tanınmır, məhkəməyə müraciət etsinMəlumat üçün qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan tələbələrin məhkəməyə müraciət etmək hüququ var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42408/29/424082906_43:0:2772:2047_1920x0_80_0_0_5483a27c24c343a4d559228f10585792.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
diplom, xaricdə təhsil, xaricdə təhsil üzrə dövlət proqramı
diplom, xaricdə təhsil, xaricdə təhsil üzrə dövlət proqramı
Xaricdə attestatla təhsil vəd edən şirkətlərə inanmaq olarmı?
Təhsil şirkətləri və vasitəçilər bir çox hallarda attestatla qəbul adı altında vətəndaşları aldadırlar.
BAKI, 27 avqust — Sputnik. Azərbaycanda ali məktəblərə qəbul imtahanları başa çatdığından, müxtəlif ölkələrdəki universitetlərə atestatla tələbə qəbulu vəd edən şirkətlər və vasitəçilər fəallaşıb. Artıq onların elanları ilə sosial şəbəkələrdə də qarşılaşmaq mümkündür.
Atestatla qəbul aparan təhsil şirkətləri yenidən fəallaşıb
Sosial platformada qarşımıza çıxan elanlardan biri də "RT-Group" təhsil şirkətinin elanıdır. Şirkət atestatla xaricdə təhsil vəd edir. Əlaqə saxladığımız şirkət nümayəndəsi bizə bildirdi ki, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanında toplanılan baldan asılı olmayaraq qəbul atestat vasitəsilə aparılır. Buraya Rusiya, Türkiyə, Gürcüstan və Latviya universitetləri daxildir.
İmtahan üçün abituriyent atestatını, onun tərcümə təsdiqini, məktəbdən 9-10-11 ci siniflərin qiymət cədvəlini və pasportun tərcümə təsdiqini təqdim etməlidir. Türkiyədə atestatla qəbul 999 manata başa gəlir. Bundan sonra universitetin illik təhsil haqqını tələbə özü ödəyir. Təhsil şirkətindən atestatla qəbul aparan universitetlərin diplomlarının tanınmasında heç bir problem olmur. Yalnız xaricdə distant və qiyabi təhsilin diplomu Azərbaycanda tanınmır.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xaricdə təhsillə bağlı maarifləndirmə aparılsa da, təəssüf ki, vətəndaşlar fırıldaqçı təhsil şirkətlərinin, xaricdə təhsilə vasitəçilik edənlərin "toruna" düşürlər:
"Təhsil şirkətləri tələbə qəbulu zamanı vəd verirlər ki, dörd ildən sonra onların diplomu tanınacaq. Onlar atalar məsəlindəki kimi "ya xan ölər, ya eşşək" prinsipi ilə yanaşırlar. Çox təəssüf ki, belə fırıldaqçı təhsil şirkətlərinin reklamı televiziyalarda da yayımlanır".
İ. Orucov deyir ki, xaricdə heç bir dövlət ali təhsil müəssisəsi atestatla qəbul aparmır:
"Vasitəçilər Türkiyədə attestatla qəbul vəd edirlər. Amma Türkiyədə həm dövlətin ali təhsil müəssisələri, həmçinin də nüfuzlu tanınmış universitetlər beynəlxalq imtahan nəticələri, yaxud da YÖS və digər imtahanların nəticələrinə əsasən qəbul aparırlar.
Təhsil şirkətləri Azərbaycanda orta məktəbi güclə başa vuran, DİM imtahanlarında 40 bal toplayan abituriyentləri də xaricdə universitetə qəbul edir. Bu universitetlərin mütləq əksəriyyəti qara siyahıda olan universitetlərdir. Çox təəssüf ki, həmin universitetlərin tələbələrinin çoxu azərbaycanlılardır".
"Ukraynada təhsil alıb, amma o dildə bir kəlmə də bilmir"
İ. Orucovun sözlərinə görə, diplomu tanınmayan şəxslərin çoxu əmək bazarında özünə iş tapa bilmir:
"Təhsil Nazirliyi yanında İctimai Şuraya bununla bağlı çoxsaylı şikayətlər daxil olur. Araşdırma zamanı bəlli olur ki, həmin şəxs Ukraynanın hansısa universitetində təhsil alıb. Özü isə ukrayn dilində bir kəlmə belə bilmir. Gürcü diplomunda təhsil aldığı diplomunda qeyd olunan şəxs bu dildə öz tərcümeyi halını yazmağı bacarmır. Belə insana diplom hansı əsasla verilib? Çox təəssüf ki, insanların çoxu işbaz təhsil şirkətlərinin qurbanı olur. Dörd il müddəti boşuna keçirdirlər".
Bu gün xaricdə tələbə qəbuluna istiqamət verən peşəkar şirkətlər var. Amma qara bazardan sui-istifadə edənlər də az deyil. Ona görə də valideynlər qazandıqları pulu havaya sovurmasınlar. Övladlarının vaxtını isə boşuna sərf etməsinlər. Bəzi tələbələr xaricdə təhsilə səyahət kimi yanaşır. Onlar smestrdən-smestrə həmin ölkəyə gedirlər ki, pasportlarında ölkədən çıxdıqları, təhsil aldıqları ölkədə bir müddət qaldıqlarını əks etdirən möhür olsun. İmtahan zamanı isə onlar təhsil aldıqları ölkənin dilində iki kəlmə danışa bilmirlər. Təbii ki, belə şəxslərin diplomları saxta sayılmalıdır".
Nazirlik cavabdehlik daşımır
Elm və Təhsil Nazirliyindən isə bildirdilər ki, nazirlik xaricdə təhsillə bağlı öz veb saytında, sosial şəbəkə resurslarında da məlumat verib:
"Nazirlik xaricdə təhsil məsələləri ilə bağlı heç bir özəl şirkətlə əməkdaşlıq etmir, bununla bağlı gələcəkdə baş verəcək hər hansı məsələyə görə də məsuliyyət və cavabdehlik daşımır".
Nazirlikdən həmçinin qeyd etdilər ki, azərbaycanlı abituriyentin seçdiyi xarici universitet həmin ölkənin ali təhsil sistemi tərəfindən tanınırsa, həmçinin tələbə təhsili normal qaydada alırsa, diplomun tanınması ilə bağlı problem yarana bilməz.
Agentlik valideynləri diqqətli olmağa səsləyir
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a bildirildi ki, xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların verilməsinin səbəbləri var:
"2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Ona görə də biz həmin universitetlərin adlarını açıqlamışıq. Amma adları sadalanan universitetləri bitirib diplomları Azərbaycanda tanınan məzunlar da var. Çünki həmin universitetlər dövlət universitetləridir, akkreditasiyaları var. Həmin ali təhsil müəssisələri tələbələrinə ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzun olduqda diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır".
Təkcə ötən ay 65 nəfərin diplomu tanınmayıb
Agentlikdən bildirildi ki, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.
Diplomu tanınanların adı reyesterdə
Agentlik xaricdə təhsil almış və diplomu tanınan şəxlərin elektron resursunu da yaradıb. Ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə 2021-ci ilin avqust ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resurs - kadr bankı (www.kadr.taninma.az) istifadəyə verilib. Kadr bankının istifadəyə verildiyi dövrdən bugünə kimi kadr bankında qeydiyyata düşmüş xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin sayı 500 nəfəri ötüb.
Kimin diplomu tanınmır, məhkəməyə müraciət etsin
Məlumat üçün qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan tələbələrin məhkəməyə müraciət etmək hüququ var.