Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 27.08.2022
Abunə olmaq
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 58 yaşı tamam olub.
Birinci vitse-prezident Mehriban Əliyeva doğum gününü təbrik edənlərə İnstagram hesabında təşəkkür edib.
Paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Ad günüm münasibətilə təbriklərinizə görə sizə təşəkkür edirəm. Səmimi, xoş arzularınıza görə çox sağ olun! Sizin sevginizi, etimadınızı, dəstəyinizi və qayğınızı hiss etdikcə bir daha anlayıram – Ləyaqətli xalqımızın nümayəndəsi olmaq böyük xoşbəxtlikdir!
Vətənimiz və hər bir Azərbaycan vətəndaşı üçün dua edirəm.
Uca Allah Azərbaycanı bəd nəzərdən, bütün bəla və müharibələrdən qorusun!
Hər kəsə möhkəm cansağlığı və uzun ömür bəxş etsin!
Bütün xəstələrə şəfa versin, onları ağrı-acılardan qurtarsın!
Allah bütün böyükləri, valideynləri qorusun, bütün Atalara və Analara uzun ömür nəsib etsin!
Qoy övladlarımız sağlam və xoşbəxt olsun!
Uca Tanrı Vətənimizin keşiyində dayanan hər bir əsgər və zabitimizi, bütün mərd oğul və qardaşlarımızı qorusun! Bütün şəhidlərimizə rəhmət, onların doğmalarına səbir diləyirəm!
Allah Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, güc və səbir versin! Onun yükü ağırdır, ancaq onun gücü Ləyaqətli xalqımızın gücündə və birliyindədir!
Uca Allah, səhvlərimizi bağışla, mərhəmətini bizdən əsirgəmə, ölkəmizə sülh və əmin-amanlıq bəxş et! Hər kəsi doğru yola – sevgi və xeyirxahlıq yoluna yönəlt!
Sevgilərlə,
Sizin MEHRİBAN".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Xəbər lenti
0