https://sputnik.az/20220827/azerbaycanin-brussel-gorusunden-gozlentisini-aciqlanib-445439463.html
Azərbaycanın Brüssel görüşündən gözləntisini açıqlanıb
Azərbaycanın Brüssel görüşündən gözləntisini açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycan və Ermənistan liderləri avqustun 31-də Belçika paytaxtında görüşəcəklər. 27.08.2022, Sputnik Azərbaycan
2022-08-27T18:36+0400
2022-08-27T18:36+0400
2022-08-27T19:53+0400
azərbaycan xəbərləri
şarl mişel
brüssel
prezident ilham əliyev
ermənistanın baş naziri nikol paşinyan
görüş
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442156738_0:160:3073:1889_1920x0_80_0_0_6659b2284c7545c510782e1a82dbe3fa.jpg
BAKI, 27 avqust - Sputnik. “Avqustun 31-də Avropa İttifaqı Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Azərbaycanın bu görüşdə əsas gözləntisi sülh sazişinin hazırlanması üçün işçi qrupunun artıq fəaliyyətə başlaması ilə bağlıdır”.APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.Hikmət Hacıyev deyib ki, Avropa İttifaqı çərçivəsində keçirilən bu kimi görüşlərdə və sonuncu görüşlərdə üçtərəfli əsasda qəbul edilmiş bəyanatda qeyd olunub ki, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması üzrə qısa müddətdə işçi qrupları yaradılmalı və fəaliyyətə başlamalıdır: “Azərbaycanın gözləntisi əsasən bundan ibarətdir. Ancaq görək Ermənistan tərəfi nə fikirləşir. Ermənistan tərəfinin yenə də müxtəlif bəhanələrlə mövzudan qaçmaq kimi siyasət yürütdüyünə dair müəyyən işarələr var. Hər bir halda, biz gözləyək və nəticələrə baxaq. Azərbaycanın əsas niyyəti xüsusilə sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin olmasıdır. Təbii ki, Azərbaycan sülh, sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Azərbaycan istəyir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlər təsbit olunsun və regionda bunun əsnasında davamlı sülh təmin edilmiş olsun. Amma Azərbaycanın bu sülhpərvər niyyəti də həmişə və əbədi olaraq masa üzərində olmayacaq. Burada ana prinsip ondan ibarətdir ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sərhədlərin tanınması şərtdir. Azərbaycan beynəlxalq hüquqa məsuliyyətli formada yanaşaraq bu şərtlərə əməl etməyə hazırdır. Prezident Basqaldakı müsahibəsinə də dedi ki, əgər Ermənistan tərəfindən əks fikirlər olacaqsa, Azərbaycan bu xüsusda hüquqlarını özündə saxlayır”.
https://sputnik.az/20220827/prezidentin-komekcisi-azerbaycan-ermenistanla-sulh-muqavilesi-uzre-danisiqlara-hazirdir-445437339.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442156738_171:0:2902:2048_1920x0_80_0_0_15bedc37b973d189a8624c36db75b833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şarl mişel, brüssel, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, görüş, azərbaycan
şarl mişel, brüssel, prezident ilham əliyev, ermənistanın baş naziri nikol paşinyan, görüş, azərbaycan
Azərbaycanın Brüssel görüşündən gözləntisini açıqlanıb
18:36 27.08.2022 (Yenilənib: 19:53 27.08.2022) Azərbaycan və Ermənistan liderləri avqustun 31-də Belçika paytaxtında görüşəcəklər.
BAKI, 27 avqust - Sputnik. “Avqustun 31-də Avropa İttifaqı Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Azərbaycanın bu görüşdə əsas gözləntisi sülh sazişinin hazırlanması üçün işçi qrupunun artıq fəaliyyətə başlaması ilə bağlıdır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Avropa İttifaqı çərçivəsində keçirilən bu kimi görüşlərdə və sonuncu görüşlərdə üçtərəfli əsasda qəbul edilmiş bəyanatda qeyd olunub ki, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması üzrə qısa müddətdə işçi qrupları yaradılmalı və fəaliyyətə başlamalıdır:
“Azərbaycanın gözləntisi əsasən bundan ibarətdir. Ancaq görək Ermənistan tərəfi nə fikirləşir. Ermənistan tərəfinin yenə də müxtəlif bəhanələrlə mövzudan qaçmaq kimi siyasət yürütdüyünə dair müəyyən işarələr var. Hər bir halda, biz gözləyək və nəticələrə baxaq. Azərbaycanın əsas niyyəti xüsusilə sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin olmasıdır. Təbii ki, Azərbaycan sülh, sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir.
Azərbaycan istəyir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlər təsbit olunsun və regionda bunun əsnasında davamlı sülh təmin edilmiş olsun. Amma Azərbaycanın bu sülhpərvər niyyəti də həmişə və əbədi olaraq masa üzərində olmayacaq. Burada ana prinsip ondan ibarətdir ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sərhədlərin tanınması şərtdir. Azərbaycan beynəlxalq hüquqa məsuliyyətli formada yanaşaraq bu şərtlərə əməl etməyə hazırdır. Prezident Basqaldakı müsahibəsinə də dedi ki, əgər Ermənistan tərəfindən əks fikirlər olacaqsa, Azərbaycan bu xüsusda hüquqlarını özündə saxlayır”.