https://sputnik.az/20220827/azerbaycan-ordusunda-butun-doyus-texnikalari-vahid-sisteme-cevrilecek-445431266.html
Azərbaycan Ordusunda bütün döyüş texnikaları vahid sistemə çevriləcək
Azərbaycan Ordusunda bütün döyüş texnikaları vahid sistemə çevriləcək
Sputnik Azərbaycan
Azərbaycan Ordusunda idarəetmə müasir rəqəmsal rabitə vasitələri ilə həyata keçirilir. 27.08.2022, Sputnik Azərbaycan
2022-08-27T10:43+0400
2022-08-27T10:43+0400
2022-08-27T10:43+0400
ordu
hərbi
azərbaycan ordusu
müasir texnologiya
müdafiə naziri zakir həsənov
ali baş komandan
azərbaycan silahlı qüvvələrinin ali baş komandanı
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1b/445431114_0:3:935:529_1920x0_80_0_0_69c3277d47891ef4fab4cc3a716ee49a.jpg
BAKI, 27 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.Ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarəedilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı dayanıqlı yeni rabitə vasitələri alınaraq istifadəyə verilib.Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib. Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Eyni zamanda Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.Cari ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi əhəmiyyət kəsb edir.Ümumilikdə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında qoyduğu tapşırıqlar yüksək peşəkarlıqla icra olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1b/445431114_11:0:900:667_1920x0_80_0_0_97b49957324227cbaa2cbda86504d73b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ordu, azərbaycan ordusu, müasir texnologiya, müdafiə naziri zakir həsənov, ali baş komandan, azərbaycan silahlı qüvvələrinin ali baş komandanı
ordu, azərbaycan ordusu, müasir texnologiya, müdafiə naziri zakir həsənov, ali baş komandan, azərbaycan silahlı qüvvələrinin ali baş komandanı
Azərbaycan Ordusunda bütün döyüş texnikaları vahid sistemə çevriləcək
Azərbaycan Ordusunda idarəetmə müasir rəqəmsal rabitə vasitələri ilə həyata keçirilir.
BAKI, 27 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.
Ordumuzun bölmələri müasir rəqəmsal rabitə vasitələri ilə təchiz edilib. İşğaldan azad edilən ərazilərdə dislokasiya olunan bölmələrin idarə edilməsində dünyanın ən qabaqcıl ölkələrindən alınan rabitə texnika və vasitələrindən istifadə olunur.
Azərbaycan Ordusunda dayanıqlı rabitənin təşkili və qoşunların gizli idarəedilməsi yüksək səviyyədə həyata keçirilir. Qarşı tərəfin radioelektron mübarizə (REM) vasitələrinə qarşı dayanıqlı yeni rabitə vasitələri alınaraq istifadəyə verilib.
Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib. Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Eyni zamanda Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir. Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır.
Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.
Cari ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında qoyduğu tapşırıqlar yüksək peşəkarlıqla icra olunur.