https://sputnik.az/20220826/turkiye-xn-lacin-seheri-ile-bagli-beyanat-yayib-445410800.html
Türkiyə XİN Laçın şəhəri ilə bağlı bəyanat yayıb
Türkiyə XİN Laçın şəhəri ilə bağlı bəyanat yayıb
Sputnik Azərbaycan
Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. 26.08.2022, Sputnik Azərbaycan
2022-08-26T15:02+0400
2022-08-26T15:02+0400
2022-08-26T15:10+0400
türkiyə xin
siyasət
laçın
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42278/26/422782634_0:0:1000:563_1920x0_80_0_0_bfeceac28121f53d427ecf5fb8d52ea8.jpg
BAKI, 26 avqust — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.Bu barədə Türkiyə XİN-dən məlumat verilib."10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapan müddəalara uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə də töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək", - bəyanatda deyilir.Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.
https://sputnik.az/20220826/lacin-seherinde-azerbaycanin-dovlet-bayragi-ucaldildi-445407875.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42278/26/422782634_0:0:1000:751_1920x0_80_0_0_b3b7562f56d7a57d29009e7898e44d0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə xin, laçın, prezident ilham əliyev
türkiyə xin, laçın, prezident ilham əliyev
Türkiyə XİN Laçın şəhəri ilə bağlı bəyanat yayıb
15:02 26.08.2022 (Yenilənib: 15:10 26.08.2022) Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur.
BAKI, 26 avqust — Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapan müddəalara uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə də töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək", - bəyanatda deyilir.
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.