CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib

© Joe Raedle / Getty Images / AFPSənəddə imza, arxiv şəkli
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası ilə razılaşdırılmaqla müəyyən ediləcək.
BAKI, 26 avqust — Sputnik. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsinə dair yeni prosedur müəyyənləşdirilib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərmanda əksini tapıb.
Telekommunikasiya xidmətləri üzrə tariflər Tarif (qiymət) Şurası, radiotezliklərdən istifadə üzrə tariflər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən ediləcək.
Bundan əvvəl Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Tarif Şurası tərəfindən müəyyənləşdirilib.
Xəbər lenti
0