https://sputnik.az/20220826/neft-niye-bahalasir---fed-sedrinin-cixisi-diqqetle-izlenilecek-445404680.html
Neft niyə bahalaşır - FED sədrinin çıxışı diqqətlə izləniləcək
Neft niyə bahalaşır - FED sədrinin çıxışı diqqətlə izləniləcək
Sputnik Azərbaycan
Qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən iyun ayından bəri ucuzlaşan qiymətlər bu ay 90 dollar ətrafında stabilləşib. 26.08.2022, Sputnik Azərbaycan
2022-08-26T21:00+0400
2022-08-26T21:00+0400
2022-08-26T21:00+0400
neft
neft-qaz
opec
fed
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_0:0:3072:1728_1920x0_80_0_0_95f74ee9fb6eb0f4bd991a9f3458d67b.jpg
BAKI, 26 avqust — Sputnik. Neft bazarında qiymətlərin bahalaşması davam edir.ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Cerom Pauelin bu gün gözlənilən çıxışı, neft hasilatının azalması xəbərləri qiymətlərin qalxmasına səbəb olur. Bu gün FED rəhbərinin inflyasiya ilə mübarizədə qərarlı olduqlarına dair bəyanatını təkrarlaması gözlənilir.Digər tərəfdən, Səudiyyə Ərəbistanın OPEC-in qiymətləri sabitləşdirmək üçün hasilatı azalda biləcəyinə işarə etməsindən sonra bu həftə qiymətlər yüksəlib.ABŞ nefti 93 dolların üzərinə yüksəlib. "Brent" markalı neftin qiyməti isə 0,7 faiz artaraq 100 dolları ötüb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dolları və ya 1,04 faiz bahalaşaraq 102,58 dollar təşkil edib.Qeyd edək ki, qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən iyun ayından bəri ucuzlaşan qiymətlər bu ay 90 dollar ətrafında stabilləşib.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_341:0:3072:2048_1920x0_80_0_0_306cde97a80a16e73240ebe8c2a0a748.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, opec, fed
Neft niyə bahalaşır - FED sədrinin çıxışı diqqətlə izləniləcək
Qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən iyun ayından bəri ucuzlaşan qiymətlər bu ay 90 dollar ətrafında stabilləşib.
BAKI, 26 avqust — Sputnik. Neft bazarında qiymətlərin bahalaşması davam edir.
ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Cerom Pauelin bu gün gözlənilən çıxışı, neft hasilatının azalması xəbərləri qiymətlərin qalxmasına səbəb olur. Bu gün FED rəhbərinin inflyasiya ilə mübarizədə qərarlı olduqlarına dair bəyanatını təkrarlaması gözlənilir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanın OPEC-in qiymətləri sabitləşdirmək üçün hasilatı azalda biləcəyinə işarə etməsindən sonra bu həftə qiymətlər yüksəlib.
ABŞ nefti 93 dolların üzərinə yüksəlib. "Brent" markalı neftin qiyməti isə 0,7 faiz artaraq 100 dolları ötüb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,06 ABŞ dolları və ya 1,04 faiz bahalaşaraq 102,58 dollar təşkil edib.
Qeyd edək ki, qlobal iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar səbəbindən iyun ayından bəri ucuzlaşan qiymətlər bu ay 90 dollar ətrafında stabilləşib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.