SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva Laçınla bağlı paylaşım edib

© Official website of President of Azerbaijan RepublicMehriban Əliyeva, arxiv şəkli
Mehriban Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Birinci vitse-prezident ordumuzun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı "Instagram" səhifəsində paylaşım edib.
BAKI, 26 avqust — Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı "Instagram" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Qarabağ Azərbaycandır!"
Xatırladaq ki, Prezident İlham Əliyev də "Twitter" səhifəsində Laçın şəhəri ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunur: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Onu da xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Ötən gün isə ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk ediblər.
Xəbər lenti
0