Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Macarıstan Azərbaycandan "yaşıl" elektrik enerjisinin tədarükünə ümid edir

© AFP 2024 / ATTILA KISBENEDEKQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Macarıstan Azərbaycandan Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya elektrik enerjisi tədarükü layihəsinə qoşulmaq niyyətindədir. Bu, Avropa İttifaqının dəstəyini əldə etməyə imkan verəcək.
BAKI, 26 avqust — Sputnik. Macarıstan Azərbaycandan "yaşıl" elektrik enerjisi tədarükünə qoşulmağı planlaşdırır. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, mövcud vəziyyət yeni enerji mənbələrinin öyrənilməsinin və onların təklifə inteqrasiyasının vacibliyini açıq şəkildə göstərir. Nazir bildirib ki, Azərbaycan bu baxımdan mühüm tərəfdaşdır.
Siyarto qeyd edib ki, Azərbaycan enerjini Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Rumıniyaya tədarük edəcək.
Macarıstanlı nazir vurğulayıb ki, onun Azərbaycan Energetika Nazirliyinin rəhbəri Pərviz Şahbazovla telefon danışığı olub və bu müddətdə tərəflər elektrik enerjisinin tədarükü ilə bağlı razılığa gəliblər.
"Azərbaycan böyük həcmdə "yaşıl" elektrik enerjisi istehsal edəcək ki, bu da Gürcüstana, oradan isə sualtı kabel vasitəsilə Rumıniyaya çatdırılacaq. Bu gün biz razılaşdırdıq ki, Macarıstan da bu genişmiqyaslı plana qoşulacaq, çünki layihənin Aİ tərəfindən dəstək alması üçün ən azı iki ölkənin iştirakçı olması lazımdır. Beləliklə, "yaşıl" enerjini qismən öz istifadəmiz üçün, qismən də tranzit kimi ölkəmizə nəql etmək mümkündür", - deyə Siyarto bildirib.
Onun sözlərinə görə, bu layihə üç-dörd ilə həyata keçirilə bilər. Layihə, bir tərəfdən, Macarıstanın enerji təchizatının təmin edilməsinə böyük töhfə verəcək, digər tərəfdən isə ölkəni karbon neytrallığı hədəflərinə yaxınlaşdıracaq.
Aİ-yə elektrik tədarükü layihəsi
Azərbaycan və Rumıniya bir müddətdir ki, Qara dənizin dibi ilə Azərbaycan və Gürcüstan vasitəsilə Rumıniyaya sualtı fiber-optik kabelin çəkilməsi layihəsini müzakirə edir.
Aprelin əvvəlində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Dünya Bankının (DB) missiyasının üzvləri Qara dəniz vasitəsilə sualtı enerjinin ötürülməsi layihəsini və "yaşıl" elektrik enerjisinin gələcək nəqli üçün Azərbaycan, Gürcüstan və Rumıniya arasında rəqəmsal rabitə layihəsini müzakirə ediblər.
Xəbər lenti
0