Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kəmaləddin Heydərovun müavini vəfat edib

© Photo : APANazim Məmmədov
Nazim Məmmədov - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədovun ölüm səbəbi hələlik açıqlanmayıb.
BAKI, 26 avqust - Sputnik. Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov vəfat edib.
Nazir müavini bu gün dünyasını dəyişib. Fövqəladə Hallar Nazirliyindən N.Məmmədovun ölüm xəbərini təsdiqləyiblər. Lakin hələlik onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Nazim Məmmədov 8 oktyabr 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.
Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib.
1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-cı ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.
Ailəlidir, 3 övladı var.
Xəbər lenti
0