Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əlil arabasında konsert: Tatlısəsin qəzadan sonrakı halı - VİDEO

© AP Photoİbrahim Tatlısəs, arxiv şəkli
İbrahim Tatlısəs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Ötən gün ağır yol qəzası keçirən Tatlısəs xəstəxanadan çıxar-çıxmaz birbaşa əvvəldən təyin olunmuş konsert arenasına yollanıb.
BAKI, 26 avqust — Sputnik. Ötən gün Bodrumda ağır yol qəzası keçirən məşhur müğənni İbrahim Tatlısəs hər kəsi təəccübləndirib.
Sənətçi qəzadan bir neçə saat sonra açıqlama yayaraq səhhətinin yaxşı olduğunu və axşam sevənləri qarşısında konsertlə çıxış edəcəyini bildirmişdi. Türk sənət musiqisinin imperatoru verdiyi sözə əməl edərək hər kəsi şoka salıb. Belə ki, Tatlısəs xəstəxanadan çıxar-çıxmaz birbaşa əvvəldən təyin olunmuş konsert arenasına yollanıb.
Əlil arabasında səhnəyə gətirilən İbrahim Tatlısəs ayaqları sarıqlı vəziyyətdə sevilən ifalarını səsləndirib.
Musiqili proqram zamanı İbrahim "Cənabi haqq olan Allaha qurban olum. Mələklərini göndərdi. Yuvarlandığım dərəyə qaya oldu o mələklər. Sabaha gedib orada qaya görə bilməzsiniz. Çünki oradakı qayalar mələk idilər. Uçub getdilər. O qaya bizi saxladı. Yoxsa yuvarlanıb dərənin dərinliyinə düşəcəkdik" sözlərini söyləyib.
Xatırladaq ki, ötən gün İbrahim Tatlısəs yol qəzasına düşüb. Hadisə Bodrum şəhərində qeydə alınıb. Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.
Müğənninin xəsarət aldığı və qızının da avtomobildə olduğu bildirildi. O, hadisə yerinə cəlb olunan xilasedicilərin köməkliyi ilə yararsız hala düşən avtomobildən çıxarılıb. Tatlısəs digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.
Xəbər lenti
0