https://sputnik.az/20220826/azerbaycanin-yanmis-erazileri-xeritelesdirilecek-445405076.html
Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək
Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək
Sputnik Azərbaycan
İlk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağaclar götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli... 26.08.2022, Sputnik Azərbaycan
2022-08-26T13:37+0400
2022-08-26T13:37+0400
2022-08-26T13:37+0400
xəritə
azərbaycan xəbərləri
meşə yanğınları
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434408226_0:0:2001:1125_1920x0_80_0_0_87f665b20dda0c81a682938c939a72f3.jpg
BAKI, 26 avqust — Sputnik. "Azərbaycan ərazisində baş verən yanğın yerləri xəritələşdiriləcək və payız ağacəkmə mövsümündə yanaraq məhv olmuş sahələrdə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək".Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu ilin avqust ayında Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağaclar götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: "Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".Nazir müavini xatırladıb ki, ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlayıb: "Proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/14/434408226_0:50:1536:1202_1920x0_80_0_0_bccfcf0322b9d24ca7bbcff78a95a64f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəritə, meşə yanğınları
Azərbaycanın yanmış əraziləri xəritələşdiriləcək
İlk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağaclar götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək.
BAKI, 26 avqust — Sputnik. "Azərbaycan ərazisində baş verən yanğın yerləri xəritələşdiriləcək və payız ağacəkmə mövsümündə yanaraq məhv olmuş sahələrdə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək".
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu ilin avqust ayında Azərbaycan ərazisində baş verən yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağaclar götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək: "Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq".
Nazir müavini xatırladıb ki, ETSN BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi ilə Milli Meşə Proqramı hazırlayıb: "Proqram 2022-2030-cu illəri əhatə edir və müvafiq qurumlarla razılaşdırılaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilib".