https://sputnik.az/20220825/zengilan-aeroportu-ucusa-hazirlanir-445366261.html
Zəngilan aeroportu uçuşa hazırlanır
Zəngilan aeroportu uçuşa hazırlanır
Sputnik Azərbaycan
Zəngilan hava limanının gələn ay istismara verilməsi nəzərdə tutulur. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T14:06+0400
2022-08-25T14:06+0400
2022-08-25T14:06+0400
zəngilan
cəmiyyət
zəngəzur
zəngəzur dəhlizi
aeroport
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445365975_0:26:850:504_1920x0_80_0_0_e0a519b3213c148354320fd17b5ba95d.jpg
BAKI, 25 avqust — Sputnik. Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanılıb.Sputnik Azərbaycan-a bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.Məlumata görə, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.Zəngilan aeroportunun naviqasiya təminatı üçün lazımi mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib. Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir. Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Həmçinin hava limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb.Aeroportda CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı, uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılıb, avtomatlaşdırılmış HHİ sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi (HHİ) inşa edilib, birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılıb, hava limanının elektrik təminatı yarımstansiyaları da inşa edilib.Hava limanının gələn ay istismara verilməsi nəzərdə tutulur.Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445365975_72:0:779:530_1920x0_80_0_0_b5480abbd6fe949905c8986409509653.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
zəngilan, zəngəzur, zəngəzur dəhlizi, aeroport
zəngilan, zəngəzur, zəngəzur dəhlizi, aeroport
Zəngilan aeroportu uçuşa hazırlanır
Zəngilan hava limanının gələn ay istismara verilməsi nəzərdə tutulur.
BAKI, 25 avqust — Sputnik. Zəngilan beynəlxalq hava limanında uçuşların radiotexniki təminatı vasitələrinin uçuş yoxlamalarına başlanılıb.
Sputnik Azərbaycan-a bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Məlumata görə, uçuş yoxlaması ATR 42-500 biznes-sinif təyyarəsinin göyərtəsində quraşdırılmış tam avtomatlaşdırılmış Aerodata AD-FIS-112 kompleksindən istifadə edilməklə həyata keçirilir.
Zəngilan aeroportunun naviqasiya təminatı üçün lazımi mühüm beynəlxalq kodlar və ICAO, EUROCONTROL və IATA çağırış siqnalları artıq təyin edilib. Belə ki, bu kodlar və radiotezliklər hava hərəkətinə xidmətin təmin edilməsi, aviasiya meteoroloji məlumatının yayımlanması, rabitə, naviqasiya, radiolokasiya və digər sistemlərin istismara verilməsi üçün zəruridir.
Bunun sayəsində naviqasiya avadanlığının beynəlxalq sistemə inteqrasiyası, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyi və yerinə yetirilmə müntəzəmliyi təmin edilir. Həmçinin hava limanının uçuşların aeronaviqasiya təminatı üzrə radiotexniki avadanlıqla təchiz olunması tam başa çatdırılıb.
Aeroportda CVOR/DME bucaqölçən və uzaqməsafəli radionaviqasiya avadanlığı, uçuş-enmə zolağında müşahidəni təmin etmək məqsədilə avtomatlaşdırılmış aviasiya meteoroloji sistemi (AWOS), ICAO CAT II kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən aerodrom işıq siqnalı avadanlığı və uçuş-enmə zolağının hər iki istiqamətində cihazlar üzrə enməyə daxilolma sistemləri quraşdırılıb, avtomatlaşdırılmış HHİ sistemləri, aviasiya yerüstü və hava rabitəsi vasitələri, həmçinin dispetçer danışıqlarının qeydiyyatı ilə təchiz olunmuş hava hərəkətini idarəetmə qülləsi (HHİ) inşa edilib, birinci və ikinci dərəcəli PSR/SSR kanalının radiolokasiya stansiyası quraşdırılıb, hava limanının elektrik təminatı yarımstansiyaları da inşa edilib.
Hava limanının gələn ay istismara verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Vətən müharibəsi başa çatandan sonra Füzulidə hava limanının tikintisinə başlanılıb. 2021-ci il yanvarın 14-də aeroportun təməli qoyulub.
2021-ci ilin oktyabr ayının 16-da Füzuli Beynəlxalq Hava Limanına beynəlxalq status verilib. Həmin il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.