https://sputnik.az/20220825/turk-is-adami-diana-ehedpura-hucum-edib---vdeo-445381818.html
Türk iş adamı Diana Əhədpura hücum edib - VİDEO
Türk iş adamı Diana Əhədpura hücum edib - VİDEO
Sputnik Azərbaycan
CHP-li sabiq millət vəkili Aydın Ayaydın Bodrum tətilində azərbaycanlı model Diana Əhədpurla dava edib. Eks-deputat Dianaya "Rədd olun gedin buradan" deyib. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T23:18+0400
2022-08-25T23:18+0400
2022-08-25T23:18+0400
türkiyə
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445381644_0:188:1440:998_1920x0_80_0_0_40446f31fff82de1f96ad66f398f71aa.jpg
BAKI, 25 avqust — Sputnik. Türk iş adamı, CHP-li sabiq millət vəkili Aydın Ayaydın Bodrum tətilində azərbaycanlı model Diana Əhədpurla dava edib. Buna Diananın oğlunun onların üzərinə su sıçratması səbəb olub.Belə ki, Bodrum Mandarin Orientalda ailəsi ilə lüks ərazidəki evində istirahət edən Aydın Ayaydın sahildə üstünə su sıçradan 6 yaşlı uşağın üstünə qışqırıb və onu ağladıb. Bundan sonra Aydının yanına gələn Diana "Niyə oğlumun üstünə qışqırıb ağlatdınız? Mənə gəlib deyərdiniz, uşağımı niyə qorxutmusunuz?", - deyə, bildirib.Bu zaman sabiq deputat Əhədpura hücum çəkərək "Rədd olun, gedin buradan, məmləkətinizə gedin" - deyib. Diana Əhədpur Sonradan ailənin kimliyi barədə məlumat alan Aydın Ayaydının Əhədpur ailəsindən üzr istəyib.Qeyd edək ki, D.Əhədpur iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşıdır.Diana Əhədpur kimdir?Azərbaycanlı model Diana Ahadpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və Diana Ahadpour brendinin yaradıcısıdır. O, həm də Azərbaycan, BƏƏ və bir sıra başqa ölkələrdə model biznesinin sahibidir. Modelin əri hazırda Dubayda yaşayır.Diana Əhədpur 2004-cü ildə peşəkar model karyerasına başlayıb. O, 2012-ci ildə 1-ci vitse miss Azərbaycan tituluna layiq görülüb. Əhədpur 2017-ci ildə "Diana Ahadpour" brendi altında bir geyim markası yaratmış, modelyerlik karyerasına başlayıb. 2017-ci ildə Bakı şəhərində yerləşən "Port Baku Mall"da "Diana Ahadpour" brendinin butiki açıb. 2018-ci ildə "Azerbaijan Fashion Week 2018" tədbirində Əhədpurun geyimləri nümayiş olunmuşdu. Əhədpur 2018-ci ildə "Best Awards" nominasiyasına layiq görülüb. O, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən bir neçə multibrend mağazalara kapsul kolleksiyalarini təqdim edib. Bundan başqa, Əhədpur 2019-cu ilde BƏƏ-nin Dubay şəhərində ərəb qadınlar üçün hazırlanmış kolleksiya ilə daha bir butik açıb. O, 2021-ci ildə iştirak etdiyi "Dubai Fashion 2021" moda sərgisində tamaşaçılardan ən yüksək xal alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445381644_0:0:1440:1080_1920x0_80_0_0_737bca0fb10c75df593bbd1add22eb5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə
Türk iş adamı Diana Əhədpura hücum edib - VİDEO
CHP-li sabiq millət vəkili Aydın Ayaydın Bodrum tətilində azərbaycanlı model Diana Əhədpurla dava edib. Eks-deputat Dianaya "Rədd olun gedin buradan" deyib.
BAKI, 25 avqust — Sputnik. Türk iş adamı, CHP-li sabiq millət vəkili Aydın Ayaydın Bodrum tətilində azərbaycanlı model Diana Əhədpurla dava edib. Buna Diananın oğlunun onların üzərinə su sıçratması səbəb olub.
Belə ki, Bodrum Mandarin Orientalda ailəsi ilə lüks ərazidəki evində istirahət edən Aydın Ayaydın sahildə üstünə su sıçradan 6 yaşlı uşağın üstünə qışqırıb və onu ağladıb. Bundan sonra Aydının yanına gələn Diana "Niyə oğlumun üstünə qışqırıb ağlatdınız? Mənə gəlib deyərdiniz, uşağımı niyə qorxutmusunuz?", - deyə, bildirib.
Bu zaman sabiq deputat Əhədpura hücum çəkərək "Rədd olun, gedin buradan, məmləkətinizə gedin" - deyib. Diana Əhədpur Sonradan ailənin kimliyi barədə məlumat alan Aydın Ayaydının Əhədpur ailəsindən üzr istəyib.
Qeyd edək ki, D.Əhədpur iranəsilli biznesmen Manuçehr Əhədpurun həyat yoldaşıdır.
Azərbaycanlı model Diana Ahadpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və Diana Ahadpour brendinin yaradıcısıdır. O, həm də Azərbaycan, BƏƏ və bir sıra başqa ölkələrdə model biznesinin sahibidir. Modelin əri hazırda Dubayda yaşayır.
Diana Əhədpur 2004-cü ildə peşəkar model karyerasına başlayıb. O, 2012-ci ildə 1-ci vitse miss Azərbaycan tituluna layiq görülüb. Əhədpur 2017-ci ildə "Diana Ahadpour" brendi altında bir geyim markası yaratmış, modelyerlik karyerasına başlayıb. 2017-ci ildə Bakı şəhərində yerləşən "Port Baku Mall"da "Diana Ahadpour" brendinin butiki açıb.
2018-ci ildə "Azerbaijan Fashion Week 2018" tədbirində Əhədpurun geyimləri nümayiş olunmuşdu. Əhədpur 2018-ci ildə "Best Awards" nominasiyasına layiq görülüb. O, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən bir neçə multibrend mağazalara kapsul kolleksiyalarini təqdim edib. Bundan başqa, Əhədpur 2019-cu ilde BƏƏ-nin Dubay şəhərində ərəb qadınlar üçün hazırlanmış kolleksiya ilə daha bir butik açıb. O, 2021-ci ildə iştirak etdiyi "Dubai Fashion 2021" moda sərgisində tamaşaçılardan ən yüksək xal alıb.