https://sputnik.az/20220825/tokayevin-baki-seferi-qazaxistan-ve-azerbaycan-iqtidarini-hansi-amiller-yaxinlasdirib-445373806.html
Tokayevin Bakı səfəri: Qazaxıstan və Azərbaycan iqtidarını hansı amillər yaxınlaşdırıb?
Tokayevin Bakı səfəri: Qazaxıstan və Azərbaycan iqtidarını hansı amillər yaxınlaşdırıb?
Sputnik Azərbaycan
Elşən Manafovun sözlərinə görə, Azərbaycan da Qazaxıstan kimi Moskva ilə münasibətlərə önəm verir və Rusiya faktoruna hörmətlə yanaşır. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T19:10+0400
2022-08-25T19:10+0400
2022-08-25T19:10+0400
kasım-jomart tokayev
siyasət
prezident ilham əliyev
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445318697_0:160:3072:1888_1920x0_80_0_0_fedc9092dc52fac1ab98ce13cb34290f.jpg
BAKI, 25 avqust — Sputnik. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər etdi. Qazaxıstan və Azərbaycan prezidentlərinin görüşündə önəmli açıqlamalar verildi. Preizdentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalandı.Xatırladaq ki, Qazaxıstan lideri Azərbaycana gəlməmişdən qabaq Rusiyaya səfər edərək Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü.Sputnik Azərbaycan Qazaxıstan Prezidentinin Bakıya səfərinin yekunları ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.Politoloq Elşən Manafov qeyd edib ki, Qazaxıstan Prezidentinin ötən gün baş tutmuş səfəri hazırkı məqamda mühüm əhəmiyyət kəsb edir:"Azərbaycan və Qazaxıstan böyük türk dünyasının üzvləridir. Eyni zamanda hər iki ölkə qlobal siyasi müstəvidə strateji mövqedə yerləşirlər. Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə razılaşmalar var. Ortaq tarix, dil və mədəniyyət kimi birləşdirici amillər də bu prosesə təkan verir. Bundan əlavə Qazaxıstanın Mərkəzi Asiya regionuna çıxış imkanları böyükdür. Qazaxıstan Mərkəzi Asiyaya nüfuz etmək istəyən Çin, Rusiya, ABŞ və Böyük Britaniya arasında özünəməxsus yer tutur".Politoloq bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələrə də diqqət çəkib və bildirib ki, bu hadisələrin Qazaxıstanın xeyrinə qarşısının alınmasında KTMT və xüsusən də Rusiya vacib rol oynadı: "Məhz buna görə də Soçidə Rusiya prezidenti ilə keçirilən görüşdə də bu məsələ gündəmdə idi. Qazaxıstan həm Avrasiya İqtisadi İttifaqında, həm də KTMT-də xüsusi yerə malikdir. Qazaxıstansız bu təşkilatların perspektivləri görünmür. Rusiya da bu baxımdan Qazaxıstanla münasibətlərə çöx böyük önəm verir".Elşən Manafovun sözlərinə görə, Tokayevin Rusiyadan sonra Azərbaycana səfəri ölkəmizin cərəyan edən proseslərdə oynadığı rol kontekstindən qiymətləndirilməlidir: "Təsadüfi deyil ki, Qazaxıstan lideri Azərbaycan Prezidentini ölkəsinin ən yüksək ordenləri ilə təltif etdi. Bu, Prezident İlham Əliyevin Qazaxıstan və Azərbaycan münasibətlərinin inkişafında oynadığı rola verilən qiymətdir. Çöx böyük ehtimalla Azərbaycanın türkdilli ölkələr arasında inteqrasiya prosesinin inkişafına verilən dəyər idi. Azərbaycan da Qazaxıstan kimi Moskva ilə münasibətlərə önəm verir və Rusiya faktoruna hörmətlə yanaşır. Qazaxıstanın indiki hakimiyyəti isə Azərbaycan kimi geosiyasi proseslərdə balansı qorumağa və çoxvektorlu bir siyasət yeritməyə meyllidir"."Bu çoxvektorlu siyasət Azərbaycan və Qazaxıstan iqtidarlarının xarici siyasətində oxşar ümumi cəhət kimi qeyd edilə bilər. Məhz Qərb təşkilatlarının və ABŞ-ın ölkələrimizə verdiyi önəm də xarici siyasətlərindəki bu faktorla bağlıdır" - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445318697_171:0:2902:2048_1920x0_80_0_0_a0e24a9dde5718eb14dd174c9a61c054.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, prezident ilham əliyev, qazaxıstan
kasım-jomart tokayev, prezident ilham əliyev, qazaxıstan
Tokayevin Bakı səfəri: Qazaxıstan və Azərbaycan iqtidarını hansı amillər yaxınlaşdırıb?
Elşən Manafovun sözlərinə görə, Azərbaycan da Qazaxıstan kimi Moskva ilə münasibətlərə önəm verir və Rusiya faktoruna hörmətlə yanaşır.
BAKI, 25 avqust — Sputnik. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycana səfər etdi. Qazaxıstan və Azərbaycan prezidentlərinin görüşündə önəmli açıqlamalar verildi. Preizdentlərin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalandı.
Xatırladaq ki, Qazaxıstan lideri Azərbaycana gəlməmişdən qabaq Rusiyaya səfər edərək Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşmüşdü.
Sputnik Azərbaycan Qazaxıstan Prezidentinin Bakıya səfərinin yekunları ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov qeyd edib ki, Qazaxıstan Prezidentinin ötən gün baş tutmuş səfəri hazırkı məqamda mühüm əhəmiyyət kəsb edir:
"Azərbaycan və Qazaxıstan böyük türk dünyasının üzvləridir. Eyni zamanda hər iki ölkə qlobal siyasi müstəvidə strateji mövqedə yerləşirlər. Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə razılaşmalar var. Ortaq tarix, dil və mədəniyyət kimi birləşdirici amillər də bu prosesə təkan verir. Bundan əlavə Qazaxıstanın Mərkəzi Asiya regionuna çıxış imkanları böyükdür. Qazaxıstan Mərkəzi Asiyaya nüfuz etmək istəyən Çin, Rusiya, ABŞ və Böyük Britaniya arasında özünəməxsus yer tutur".
Politoloq bu ilin əvvəlində Qazaxıstanda baş verən hadisələrə də diqqət çəkib və bildirib ki, bu hadisələrin Qazaxıstanın xeyrinə qarşısının alınmasında KTMT və xüsusən də Rusiya vacib rol oynadı: "Məhz buna görə də Soçidə Rusiya prezidenti ilə keçirilən görüşdə də bu məsələ gündəmdə idi. Qazaxıstan həm Avrasiya İqtisadi İttifaqında, həm də KTMT-də xüsusi yerə malikdir. Qazaxıstansız bu təşkilatların perspektivləri görünmür. Rusiya da bu baxımdan Qazaxıstanla münasibətlərə çöx böyük önəm verir".
Elşən Manafovun sözlərinə görə, Tokayevin Rusiyadan sonra Azərbaycana səfəri ölkəmizin cərəyan edən proseslərdə oynadığı rol kontekstindən qiymətləndirilməlidir: "Təsadüfi deyil ki, Qazaxıstan lideri Azərbaycan Prezidentini ölkəsinin ən yüksək ordenləri ilə təltif etdi. Bu, Prezident İlham Əliyevin Qazaxıstan və Azərbaycan münasibətlərinin inkişafında oynadığı rola verilən qiymətdir. Çöx böyük ehtimalla Azərbaycanın türkdilli ölkələr arasında inteqrasiya prosesinin inkişafına verilən dəyər idi. Azərbaycan da Qazaxıstan kimi Moskva ilə münasibətlərə önəm verir və Rusiya faktoruna hörmətlə yanaşır. Qazaxıstanın indiki hakimiyyəti isə Azərbaycan kimi geosiyasi proseslərdə balansı qorumağa və çoxvektorlu bir siyasət yeritməyə meyllidir".
"Bu çoxvektorlu siyasət Azərbaycan və Qazaxıstan iqtidarlarının xarici siyasətində oxşar ümumi cəhət kimi qeyd edilə bilər. Məhz Qərb təşkilatlarının və ABŞ-ın ölkələrimizə verdiyi önəm də xarici siyasətlərindəki bu faktorla bağlıdır" - deyə politoloq fikirlərini yekunlaşdırıb.