https://sputnik.az/20220825/sankt-peterburqda-mdb-olkeleri-kinostudiya-rehberlerinin-gorusu-bas-tutub-445361749.html
Sankt-Peterburqda MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü baş tutub
Sankt-Peterburqda MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü baş tutub
Sputnik Azərbaycan
"Azərbaycanfilm"in istehsalı olan "İstintaq" (1979, rejissor Rasim Ocaqov) filmi də bu tədbir çərçivəsində geniş tamaşaçı auditoriyasına nümayiş olunub. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T20:32+0400
2022-08-25T20:32+0400
2022-08-25T22:27+0400
sankt-peterburq
mədəniyyət
rusiya
mdb
mdb ölkələri
moskva
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445365504_0:67:1280:787_1920x0_80_0_0_25b1c1382a501c9b607d5d74c32fc599.jpg
BAKI, 25 avqust — Sputnik. Sankt-Peterburqda MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü baş tutub.C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində "Lendok" kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib.Avqustun 21-də "Lendok" kinostudiyasında Beynəlxalq Lendok Film Festivalının təntənəli açılış mərasimi baş tutub. Festivalda dövlət və hökumət təmsilçiləri, MDB ölkələrinin studiya rəhbərləri və prodüser mərkəzlərinin, onlayn platformaların nümayəndələri, rejissor, prodüser, kinotənqidçi və jurnalistlər iştirak ediblər.MDB ölkələri kinostudiyalarının istehsalı olan, "Qızıl kolleksiya"ya daxil edilmiş filmlər də festival çərçivəsində tamaşaçılara təqdim olunub. "Azərbaycanfilm"in istehsalı olan "İstintaq" (1979, rejissor Rasim Ocaqov) filmi də bu tədbir çərçivəsində geniş tamaşaçı auditoriyasına nümayiş olunub.Qeyd edək ki, festival çərçivəsində MDB ölkələrinin birgə istehsalı üçün nəzərdə tutulmuş müsabiqə-pitçinq və beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov təmsil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/19/445365504_72:0:1209:853_1920x0_80_0_0_0b571ec09fe2186399b4fa6d292a6c74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sankt-peterburq, rusiya, mdb, mdb ölkələri, moskva
sankt-peterburq, rusiya, mdb, mdb ölkələri, moskva
Sankt-Peterburqda MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü baş tutub
20:32 25.08.2022 (Yenilənib: 22:27 25.08.2022) "Azərbaycanfilm"in istehsalı olan "İstintaq" (1979, rejissor Rasim Ocaqov) filmi də bu tədbir çərçivəsində geniş tamaşaçı auditoriyasına nümayiş olunub.
BAKI, 25 avqust — Sputnik. Sankt-Peterburqda MDB ölkələri kinostudiya rəhbərlərinin görüşü baş tutub.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, Rusiyanın Sankt-Peterburq şəhərində "Lendok" kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirilib.
Avqustun 21-də "Lendok" kinostudiyasında Beynəlxalq Lendok Film Festivalının təntənəli açılış mərasimi baş tutub. Festivalda dövlət və hökumət təmsilçiləri, MDB ölkələrinin studiya rəhbərləri və prodüser mərkəzlərinin, onlayn platformaların nümayəndələri, rejissor, prodüser, kinotənqidçi və jurnalistlər iştirak ediblər.
MDB ölkələri kinostudiyalarının istehsalı olan, "Qızıl kolleksiya"ya daxil edilmiş filmlər də festival çərçivəsində tamaşaçılara təqdim olunub. "Azərbaycanfilm"in istehsalı olan "İstintaq" (1979, rejissor Rasim Ocaqov) filmi də bu tədbir çərçivəsində geniş tamaşaçı auditoriyasına nümayiş olunub.
Qeyd edək ki, festival çərçivəsində MDB ölkələrinin birgə istehsalı üçün nəzərdə tutulmuş müsabiqə-pitçinq və beynəlxalq konfrans keçirilib. Tədbirdə ölkəmizi "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov təmsil edib.