https://sputnik.az/20220825/roma-papasi-rusiyaya-gore-zelenskiden-narazidir---taliya-mediasi-445380969.html
Roma Papası Rusiyaya görə Zelenskidən narazıdır - İtaliya mediası
Roma Papası Rusiyaya görə Zelenskidən narazıdır - İtaliya mediası
Sputnik Azərbaycan
Qeyd olunur ki, Zelenski Fransiskə təzyiq göstərməkdə davam edir, onu Kiyevə getməyə məcbur etməyə çalışır. Papa isə Ukraynanın paytaxtına səfər etmək istəmir. 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T22:08+0400
2022-08-25T22:08+0400
2022-08-25T22:08+0400
roma papası
dünya xəbərləri
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444557622_0:0:3073:1728_1920x0_80_0_0_bffb762514bd2809ef14d72a71f3bd3a.jpg
BAKI, 25 avqust — Sputnik. Ukrayna rəhbəri Vladimir Zelenskinin Kiyevə dəstək məsələsində Roma papası Fransiskə təzyiqi pontifikdə narazılıq yaradıb. Bunu Vatikan üzrə ekspert, "IL Fatto Quotidiano"nun jurnalisti Marko Politi bildirib.O, Ukrayna prezidenti Zelenski ilə Fransisk arasında sonuncu telefon danışığından sonra Ukrayna prezidenti Kiyevin Rusiya haqqında mənfi məlumat yaymaq üçün dini liderlərin köməyinə ehtiyacı olduğu barədə özünün Tvitter hesabında yazdığını xatırladıb."Bu tvit Roma papası Fransisk və Kiyev siyasətinin fərqli tərəflərdə olduğunu mükəmməl şəkildə göstərir. Papaya nə edəcəyini söylədikdə, həmçinin, ukraynalılar və ruslar arasında sülh ideyasını təbliğ edildiyi üçün Ukrayna hakimiyyətinin papanın yürüşünün televiziya yayımına senzura tətbiq etməsi faktı Vatikanın xoşuna gəlmir", - deyə Politi izah edib.Jurnalist qeyd edib ki, Zelenski Fransiskə təzyiq göstərməkdə davam edir, onu Kiyevə getməyə məcbur etməyə çalışır. Lakin Papa Moskvaya getmədən Ukrayna paytaxtına səfər etmək istəmir. Politi bildirib ki, bu pərdəarxası mübarizə aylardır davam edir.Qeyd olunur ki, dini lider Zelenskinin siyasi xəttini bölüşmür və Ukraynadakı vəziyyətlə bağlı Avro-Atlantik mövqeyini tam dəstəkləyərək "Qərbin xidmətçisi" olmağa hazır deyil. Ekspertin fikrincə, Vatikanda belə bir fikir var ki, "Zelenski papanı Kiyevin günahsız qurban kimi təqdim edildiyi, Rusiyanın imici isə şeytanlaşdırıldığı narrativə sürükləmək istəyir".Mütəxəssis izah edib ki, Fransis bu mövqeyi bölüşmür, çünki bu mövqe, Ukraynada mövcud vəziyyətə gətirib çıxaran əvvəlki hadisələri nəzərə almır. Ekspert hesab edir ki, NATO və Aİ NATO-nun Şərqə doğru genişlənməsinin nəticələrini təhlil etmək və mümkün nüvə müharibəsi risklərini əsaslı şəkildə qiymətləndirmək istəmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444557622_170:0:2901:2048_1920x0_80_0_0_b8592239edcd6938c60f14a72dd981df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
roma papası, vladimir zelenski
roma papası, vladimir zelenski
Roma Papası Rusiyaya görə Zelenskidən narazıdır - İtaliya mediası
Qeyd olunur ki, Zelenski Fransiskə təzyiq göstərməkdə davam edir, onu Kiyevə getməyə məcbur etməyə çalışır. Papa isə Ukraynanın paytaxtına səfər etmək istəmir.
BAKI, 25 avqust — Sputnik. Ukrayna rəhbəri Vladimir Zelenskinin Kiyevə dəstək məsələsində Roma papası Fransiskə təzyiqi pontifikdə narazılıq yaradıb. Bunu Vatikan üzrə ekspert, "IL Fatto Quotidiano"nun jurnalisti Marko Politi bildirib.
O, Ukrayna prezidenti Zelenski ilə Fransisk arasında sonuncu telefon danışığından sonra Ukrayna prezidenti Kiyevin Rusiya haqqında mənfi məlumat yaymaq üçün dini liderlərin köməyinə ehtiyacı olduğu barədə özünün Tvitter hesabında yazdığını xatırladıb.
"Bu tvit Roma papası Fransisk və Kiyev siyasətinin fərqli tərəflərdə olduğunu mükəmməl şəkildə göstərir. Papaya nə edəcəyini söylədikdə, həmçinin, ukraynalılar və ruslar arasında sülh ideyasını təbliğ edildiyi üçün Ukrayna hakimiyyətinin papanın yürüşünün televiziya yayımına senzura tətbiq etməsi faktı Vatikanın xoşuna gəlmir", - deyə Politi izah edib.
Jurnalist qeyd edib ki, Zelenski Fransiskə təzyiq göstərməkdə davam edir, onu Kiyevə getməyə məcbur etməyə çalışır. Lakin Papa Moskvaya getmədən Ukrayna paytaxtına səfər etmək istəmir. Politi bildirib ki, bu pərdəarxası mübarizə aylardır davam edir.
Qeyd olunur ki, dini lider Zelenskinin siyasi xəttini bölüşmür və Ukraynadakı vəziyyətlə bağlı Avro-Atlantik mövqeyini tam dəstəkləyərək "Qərbin xidmətçisi" olmağa hazır deyil. Ekspertin fikrincə, Vatikanda belə bir fikir var ki, "Zelenski papanı Kiyevin günahsız qurban kimi təqdim edildiyi, Rusiyanın imici isə şeytanlaşdırıldığı narrativə sürükləmək istəyir".
Mütəxəssis izah edib ki, Fransis bu mövqeyi bölüşmür, çünki bu mövqe, Ukraynada mövcud vəziyyətə gətirib çıxaran əvvəlki hadisələri nəzərə almır. Ekspert hesab edir ki, NATO və Aİ NATO-nun Şərqə doğru genişlənməsinin nəticələrini təhlil etmək və mümkün nüvə müharibəsi risklərini əsaslı şəkildə qiymətləndirmək istəmir.