SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin Mehriban Əliyevanı təbrik edib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı
Rusiya Prezidenti Vladimir Putin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva görüş zamanı - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Rusiya prezidenti qeyd edib ki, Mehriban Əliyeva dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verir.
BAKI, 25 avqust - Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm".
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva 26 avqust 1964-cü ildə Bakıda, Şüvəlan qəsəbəsində elm xadimlərinin ailəsində dünyaya göz açıb.
1982-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi qızıl medalla bitirən Mehriban Əliyeva elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. O, daha sonra Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində təhsilini davam etdirib və 1988-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Xəbər lenti
0