https://sputnik.az/20220825/ordu-2022-forumu-rusiya-silahli-quvveleri-hansi-texnikani-alacaq-445340741.html
"Ordu-2022" forumu: Rusiya Silahlı Qüvvələri hansı texnikanı alacaq
"Ordu-2022" forumu: Rusiya Silahlı Qüvvələri hansı texnikanı alacaq
Sputnik Azərbaycan
Forum ənənəvi olaraq Rusiyanın yüksək texnologiyalı hərbi və ikili təyinatlı malların ixracına kömək edir, ordu və donanmanın müasir silahlar, hərbi və xüsusi... 25.08.2022, Sputnik Azərbaycan
2022-08-25T08:35+0400
2022-08-25T08:35+0400
2022-08-25T08:38+0400
rusiya
təhlil
beynəlxalq ordu oyunları
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445340583_0:0:3071:1728_1920x0_80_0_0_08c25ba34bd6df8998303d4988612ace.jpg
"Ordu-2022" beynəlxalq hərbi-texniki forumu 72 ölkədən on minlərlə mütəxəssis və iştirakçının diqqətini cəlb edib, Rusiyanın yüksək müdafiə texnologiyaları sahəsində liderliyini təsdiqləyib, tərəfdaşlara elmi-istehsal istiqamətləri verib və Rusiya ordusunun və donanmasının yenidən silahlanmasını sürətləndirib.Avqustun 15-21-də keçirilən forum zamanı Rusiya 24 müdafiə sənayesi müəssisəsi ilə 525 milyard rubldan çox (ekvivalenti 8,75 milyard dollar) dəyərində 36 dövlət müqaviləsi imzalayıb, yəni 36 dövlət müqaviləsi üzrə ilkin planlar bir neçə milyard rubl artıqlaması ilə yerinə yetirilib. Rusiya Silahlı Qüvvələri ortamüddətli perspektivdə 3700-dən çox yeni texnika alacaq.Ukraynada xüsusi hərbi əməliyyat zamanı texnikanın döyüşlərdə istifadəsini, Rusiya sənayesinin imkanlarını və dünyada mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Rusiya Müdafiə Nazirliyi dövlət müdafiə sifarişinə düzəlişlər edib.Rusiya Silahlı Qüvvələri ən yeni RS-28 "Sarmat" qitələrarası ballistik raketlərinin, S-500 "Prometey" zenit-raket komplekslərinin, "Zirkon" və "Kinjal" hipersəs raketlərinin, "Lotos-M" kəşfiyyat peyklərinin, Su-34 cəbhə bombardmançılarının, Ka-52M və Mi-28NM hücum helikopterlərinin, T-90M "Prorıv", T-80BV və T-72B3 tanklarının, BTR-82A zirehli transportyorlarının, "İsgəndər-M" raketlərinin, "Oniks" gəmi əleyhinə raketlərinin, idarə olunan "hava-səthi" aviasiya raketlərinin, idarə olunan UAB-20 bombalarının, "İnoxodets ", "Orlan-10", "Orlan-30", "Eleron-3" pilotsuz uçuş aparatlarının, həmçinin 06363 layihəli üç dizel-elektrik sualtı qayıqları partiyalarını alacaq. Siyahı tam deyil, ancaq prioritetlər aydındır.Rusiya Yerin orbitindən tutmuş okeanın dərinliklərinə qədər eşelonlaşdırılmış müdafiə qabiliyyəti sistemini (milli təhlükəsizlik) gücləndirmək və təkmilləşdirmək döyüşə uyğunlaşdırmaq niyyətindədir. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin texnoloji üstünlüyü Rusiya vətəndaşlarına gələcəyə nikbin baxmağa imkan verən təcavüzkarın qaçılmaz cəzasını təmin edən əsas seçimdir.Fevralın 24-dən sonra Qərb ölkələri nəhayət əmin oldular ki, (Kiyev rejimini silah və kəşfiyyat məlumatları ilə təmin etməklə) Rusiyanın iki əsas müttəfiqi ordu və donanmadır. Qərb tərəfdaşları ilə razılaşmalar isə onların yazıldıqları kağıza belə dəymir. ABŞ və onların peykləri istənilən beynəlxalq sənədi öz xeyrinə şərh etmək, öz "qaydaları" ilə düzəltmək və ya sadəcə olaraq ləğv etmək (müqavilədən çıxmaq) iqtidarındadırlar.Xüsusi maraqYüksək müdafiə texnologiyaları okeanında istiqamətlənmək asan deyil – Rusiyanın 30 subyektində "Ordu-2022" forumunun sərgi meydançalarında 28 mindən çox növ silah və texnika nümunəsi yerləşdirilib, 85 xarici ölkədən nümayəndə heyətləri də daxil olmaqla, 1,9 milyondan çox ziyarətçinin diqqətini cəlb edib.Bu işdə istənilən bir ölkənin hərbi-sənaye kompleksi üçün nümunələr və istiqamətlər - "Arktur" strateji məqsədli raket sualtı kreyserinin Arktika layihəsi, robot BMP-3 kömək edir."Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev qeyd edib ki, beşinci nəsil Su-57 qırıcısının və T-14 "Armata" tankının təqdimatları mütəxəssislər və ictimaiyyət arasında xüsusi maraq doğurub. Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar yaxın gələcəkdə Rusiyanın aviadaşıyıcı gəmiləri üçün Su-57-nin gəmi variantının hazırlanmasından danışıb. "Zirkon" və "Kinjal" seriyalı hipersəs raketləri, "Anqara" A5V ağır raketləri rusiyalı mütəxəssisləri və qonaqları təəccübləndirəcək bir şeyə sahib idi."Ordu" forumu ənənəvi olaraq Rusiyanın yüksək texnologiyalı hərbi və ikili təyinatlı məhsullarının ixracına kömək edir, ordu və donanmanın müasir silahlar, hərbi və xüsusi texnikalarla yenidən təchiz edilməsi üzrə dövlət siyasətinin yüksək səmərəliliyini göstərir. Hərbi-texniki əməkdaşlıq çərçivəsində "Rosoboroneksport" operativ olaraq dəyəri 390 milyon dollardan çox olan iki müqavilə imzalayıb. Adətən, silah sərgiləri həftələr və aylar sonra xarici müştərilərlə müqavilələr formasına düşür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445340583_340:0:3071:2048_1920x0_80_0_0_04b853d429f80a5ed2d5d319696acaba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, beynəlxalq ordu oyunları
rusiya, beynəlxalq ordu oyunları
"Ordu-2022" forumu: Rusiya Silahlı Qüvvələri hansı texnikanı alacaq
08:35 25.08.2022 (Yenilənib: 08:38 25.08.2022) Forum ənənəvi olaraq Rusiyanın yüksək texnologiyalı hərbi və ikili təyinatlı malların ixracına kömək edir, ordu və donanmanın müasir silahlar, hərbi və xüsusi texnikalarla yenidən təchiz edilməsi üzrə dövlət siyasətinin yüksək səmərəliliyini göstərir.
"Ordu-2022" beynəlxalq hərbi-texniki forumu 72 ölkədən on minlərlə mütəxəssis və iştirakçının diqqətini cəlb edib, Rusiyanın yüksək müdafiə texnologiyaları sahəsində liderliyini təsdiqləyib, tərəfdaşlara elmi-istehsal istiqamətləri verib və Rusiya ordusunun və donanmasının yenidən silahlanmasını sürətləndirib.
Avqustun 15-21-də keçirilən forum zamanı Rusiya 24 müdafiə sənayesi müəssisəsi ilə 525 milyard rubldan çox (ekvivalenti 8,75 milyard dollar) dəyərində 36 dövlət müqaviləsi imzalayıb, yəni 36 dövlət müqaviləsi üzrə ilkin planlar bir neçə milyard rubl artıqlaması ilə yerinə yetirilib. Rusiya Silahlı Qüvvələri ortamüddətli perspektivdə 3700-dən çox yeni texnika alacaq.
Ukraynada xüsusi hərbi əməliyyat zamanı texnikanın döyüşlərdə istifadəsini, Rusiya sənayesinin imkanlarını və dünyada mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq, Rusiya Müdafiə Nazirliyi dövlət müdafiə sifarişinə düzəlişlər edib.
Rusiya Silahlı Qüvvələri ən yeni RS-28 "Sarmat" qitələrarası ballistik raketlərinin, S-500 "Prometey" zenit-raket komplekslərinin, "Zirkon" və "Kinjal" hipersəs raketlərinin, "Lotos-M" kəşfiyyat peyklərinin, Su-34 cəbhə bombardmançılarının, Ka-52M və Mi-28NM hücum helikopterlərinin, T-90M "Prorıv", T-80BV və T-72B3 tanklarının, BTR-82A zirehli transportyorlarının, "İsgəndər-M" raketlərinin, "Oniks" gəmi əleyhinə raketlərinin, idarə olunan "hava-səthi" aviasiya raketlərinin, idarə olunan UAB-20 bombalarının, "İnoxodets ", "Orlan-10", "Orlan-30", "Eleron-3" pilotsuz uçuş aparatlarının, həmçinin 06363 layihəli üç dizel-elektrik sualtı qayıqları partiyalarını alacaq. Siyahı tam deyil, ancaq prioritetlər aydındır.
Rusiya Yerin orbitindən tutmuş okeanın dərinliklərinə qədər eşelonlaşdırılmış müdafiə qabiliyyəti sistemini (milli təhlükəsizlik) gücləndirmək və təkmilləşdirmək döyüşə uyğunlaşdırmaq niyyətindədir. Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin texnoloji üstünlüyü Rusiya vətəndaşlarına gələcəyə nikbin baxmağa imkan verən təcavüzkarın qaçılmaz cəzasını təmin edən əsas seçimdir.
Fevralın 24-dən sonra Qərb ölkələri nəhayət əmin oldular ki, (Kiyev rejimini silah və kəşfiyyat məlumatları ilə təmin etməklə) Rusiyanın iki əsas müttəfiqi ordu və donanmadır. Qərb tərəfdaşları ilə razılaşmalar isə onların yazıldıqları kağıza belə dəymir. ABŞ və onların peykləri istənilən beynəlxalq sənədi öz xeyrinə şərh etmək, öz "qaydaları" ilə düzəltmək və ya sadəcə olaraq ləğv etmək (müqavilədən çıxmaq) iqtidarındadırlar.
Yüksək müdafiə texnologiyaları okeanında istiqamətlənmək asan deyil – Rusiyanın 30 subyektində "Ordu-2022" forumunun sərgi meydançalarında 28 mindən çox növ silah və texnika nümunəsi yerləşdirilib, 85 xarici ölkədən nümayəndə heyətləri də daxil olmaqla, 1,9 milyondan çox ziyarətçinin diqqətini cəlb edib.
Bu işdə istənilən bir ölkənin hərbi-sənaye kompleksi üçün nümunələr və istiqamətlər - "Arktur" strateji məqsədli raket sualtı kreyserinin Arktika layihəsi, robot BMP-3 kömək edir.
"Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev qeyd edib ki, beşinci nəsil Su-57 qırıcısının və T-14 "Armata" tankının təqdimatları mütəxəssislər və ictimaiyyət arasında xüsusi maraq doğurub. Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar yaxın gələcəkdə Rusiyanın aviadaşıyıcı gəmiləri üçün Su-57-nin gəmi variantının hazırlanmasından danışıb. "Zirkon" və "Kinjal" seriyalı hipersəs raketləri, "Anqara" A5V ağır raketləri rusiyalı mütəxəssisləri və qonaqları təəccübləndirəcək bir şeyə sahib idi.
"Ordu" forumu ənənəvi olaraq Rusiyanın yüksək texnologiyalı hərbi və ikili təyinatlı məhsullarının ixracına kömək edir, ordu və donanmanın müasir silahlar, hərbi və xüsusi texnikalarla yenidən təchiz edilməsi üzrə dövlət siyasətinin yüksək səmərəliliyini göstərir. Hərbi-texniki əməkdaşlıq çərçivəsində "Rosoboroneksport" operativ olaraq dəyəri 390 milyon dollardan çox olan iki müqavilə imzalayıb. Adətən, silah sərgiləri həftələr və aylar sonra xarici müştərilərlə müqavilələr formasına düşür.