Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Nə qədər arzu olunsa da, Ukraynada müharibənin dayandırılmasına imkan verilməyəcək

© AP Photo / Vadim GhirdaUkrayna hərbçiləri, arxiv şəkli
Ukrayna hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Türkiyənin hərbi əməliyyatların dayandırılması üçün Rusiyaya təsir göstərəcəyinə ümid edir.
BAKI, 25 avqust — Sputnik, Nadir Şəfiyev. Ukraynada hərbi əməliyyatlar yarım ildir ki, davam edir. Müxtəlif məlumatlara görə, bu müddət ərzində onlarla, hətta yüz minlərlə insan, o cümlədən, mülki şəxslər həlak olub.
Ukraynadakı vəziyyət dünyanın bir çox digər regionlarına da mənfi təsir göstərib və humanitar böhrana səbəb olub. Dünya birliyi bu problemi həll etmək üçün xeyli səy göstərsə də, köklü dəyişiklik yalnız regionda sülhün hökm sürməsi ilə baş verə bilər.
İndiki vəziyyətdə Rusiya və Ukrayna liderləri - Vladimir Putin və Vladimir Zelenskinin görüşü mümkündürmü?
Politoloq Rasim Musabəyov bunu indiki şəraitdə qeyri-real hesab edir. "Keçən gün Zelenski bu məsələ ilə bağlı birmənalı mövqe bildirib. O hesab edir ki, rus qoşunları Ukrayna ərazisini tərk etməlidir və yalnız bundan sonra danışıqlar mümkündür. Əgər Zelenski hərbi əməliyyatları indi - Rusiya qoşunları Ukrayna ərazisində olarkən dayandırmaq əmrini versə, xalq başa düşməyəcək. O, sadəcə olaraq devriləcək və ölkə xaosa qərq olacaq", - deyə Musabəyov bildirib.

Analitik Rizvan Hüseynov da hesab edir ki, hazırda Putinlə Zelenski arasında görüş mümkün deyil. "Son ayların hadisələri göstərir ki, hər dəfə iki ölkə liderləri arasında görüş üçün real təkliflər olanda bunu mümkünsüz edən hadisələr baş verir", - deyə Hüseynov bildirib.

Onun fikrincə, danışıqların mümkünlüyünə mənfi təsir göstərən ilk belə hadisə Buçada baş verənlər və ya baş verməyənlər, eləcə də onun mediada necə təqdim olunmasıdır.
"Tərəflərə danışıqlar masası arxasına əyləşməyə imkan verməyən ikinci hadisə Qara dəniz donanmasının flaqmanı "Moskva" kreyseri ilə insident oldu.
Və nəhayət, siyasətçilər görüşün mümkün təşkili barədə danışmağa macal tapmamış, Rusiyada terror aktı baş verdi, nəticədə politoloq Daria Duqina öldü", - deyə analitik bildirib. Hüseynov hesab edir ki, iki ölkə liderləri arasında görüş məsələsinə qayıtmaq üçün tərəflərə ən azı iki ay vaxt lazımdır.
Analitik qeyd edib ki, tərəflərin əvvəlki oxşar hadisələrdən özlərinə gəlməsi üçün lazım olan müddətin təhlili əsasında belə bir nəticəyə gəlmək olar.
"Atlas" araşdırma mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Rusiya və Ukrayna liderlərinin görüşünün təşkilinə pessimist yanaşır. Onun fikrincə, Zelenski Ərdoğanla söhbətində vəziyyətin mahiyyətini birmənalı şəkildə açıqlayıb. "Zelenskinin bəyanatının mahiyyəti ondan ibarətdir ki, hərbi əməliyyatlar davam edərkən, Rusiya qoşunları Ukrayna ərazisində olarkən hər hansı görüşdən söhbət gedə bilməz. Bu vəziyyət ən azı ilin sonuna qədər davam edəcək", - deyə Şahinoğlu bildirib.
Putinin görüşlə bağlı mövqeyindən danışarkən, o hesab edir ki, Rusiya liderinin mövqeyində müəyyən yumşalma olsa da, onun bu məsələdə marağından danışmaq düzgün olmazdı və deməli, reallıq budur ki, bu gün tərəflərdən heç biri danışıqlara başlamaq istəmir.
"Ukraynada Rusiyanın, rus dünyasının taleyi həll olunur. Ona görə də Rusiya Federasiyası məsələni tam qələbəyə çatdırmaq üçün əlindən gələni edəcək", - deyə analitik Tahir Cəfərli bildirib.
Onun fikrincə, tərəflərdən heç biri görüşə razılıq verməyəcək. Və onların hər birinin öz səbəbləri var. "Putin Ukraynada keçirdiyi xüsusi əməliyyatla Rusiyanı ABŞ başda olmaqla kollektiv Qərbin buna hazırlaşdığı süqutdan xilas edir. Ona görə də Putinin Rusiyanın təhlükəsizliyinin təmin edilməsi prosesini dayandıra biləcək danışıqlara getməsi qəbuledilməzdir. Həmçinin, Zelenski də danışıqlara getməyəcək, Vaşinqton buna icazə verməyəcək. Ukraynada müharibənin davam etdirilməsində ən çox maraqlı olan ABŞ-dır. Bu müharibədə ABŞ öz geosiyasi maraqları ilə yanaşı, iqtisadi məsələləri də həll edir.

Ukrayna ərazisindəki hərbi əməliyyatlar sayəsində ABŞ Avropa ölkələrinə silah satır ki, bu da ABŞ hərbi sənaye kompleksinə böyük gəlir gətirir", - deyə Cəfərli bildirib.

Beləliklə, məsələyə müxtəlif yanaşmalara və münaqişə tərəflərinə münasibətə baxmayaraq, rəyi soruşulan ekspertlər bir məsələdə yekdil fikirdədirlər: istər öz istəkləri ilə, istərsə də təzyiq altında, tərəflər uzun müddət danışıqlar masası arxasına əyləşməyəcəklər.
Xəbər lenti
0