NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Nazir: Azərbaycan OPEC+in fəaliyyətini hər zaman dəstəkləyir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidPərviz Şahbazov, arxiv şəkli
Pərviz Şahbazov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2022
Abunə olmaq
Pərviz Şahbazov yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə OPEC+ çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyini bildirib.
BAKI, 25 avqust — Sputnik. Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik OPEC+un fəaliyyətini hər zaman dəstəkləyir.
Bu barədə energetika naziri Pərviz Şahbazov yazıb.
Nazir qeyd edib ki, neftin füçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir. Bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir.
"Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə OPEC+ çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm", - yazıda bildirilib.
Qeyd edək ki, bundan öncə şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
"Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik". - deyə o bildirib.
Xatırladaq ki, OPEC+ sazişi 2016-cı ilin sonunda dünya enerji qiymətlərinin aşağı düşməsi fonunda bağlanıb və 2017-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin may ayından etibarən sövdələşmə yenilənmiş formada fəaliyyət göstərir və bu ilin sonuna qədər qüvvədə olacaq.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının 5 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.
Xəbər lenti
0